Xiaomi Redmi smartfonları öz keyfiyyəti, məhsuldarlığı və əlverişli qiyməti sayəsində alıcılar tərəfindən çox sevilir. Smartfonun bənövşəyi rəngi gözə çarpır, imkanları sevindirir. Parlaq plastikdən hazırlanan arxa korpusda kamera bloku, fləş və barmaq izi skaneri yerləşdirilib. Unikal rəngi və kamera blokunun qeyri-adi dizaynı sayəsində smartfon müasir görünüşə sahibdir. Ekran şüşədəndir və kiçik cızıqlardan Gorilla Glass 3 ilə qorunur. Displeyin üst hissəsində kamera üçün V-şəkilli kəsik var. Yan hissələrdə nanoSIM və microSD kart üçün giriş, səs və güc düymələri yerləşdirilib. Redmi 9 iki SIM kart dəstəkləyir. Korpusun üst hissəsində İnfraqırmızı port, mikrofon, altda dinamik, danışıq üçün mikrofon, USB Type-C və qulaqlıqlar üçün giriş var.
6.53" düymlü ekran Full HD+ keyfiyyətini təqdim edir. Rənglərin parlaq və detallı təsvir edilməsi sayəsində mükəmməl görüntü əldə edilir. Kontent günün istənilən vaxtı asanlıqla oxunur. Xüsusi oleofob örtük ekranı barmaq izlərindən qoruyur. Redmi 9 modeli 8 nüvəli MediaTek Helio G80 prosessoru üzərində işləyir. Operativ yaddaş 4 GB, əməliyyat sistemi Android 10, daxili yaddaş isə 64 GB-dır. 5000 mAh tutumlu akkumulyator və 18 Vt adapter sayəsində telefonu uzun müddət ərzində istifadə edib enerjisini qısa müddətdə bərpa edə bilərsiniz. Büdcəli smartfon axtaran və gün ərzində çox iş yerinə yetirən insanlar üçün bu ideal və əlverişli seçimdir. Ekran bölmə rejimi vasitəsilə eyni anda bir neçə iş yerinə yetirə bilərsiniz.
Cihaz müasir kamera sistemi ilə təchiz edilib. Arxa korpusda 13 meqapikselli əsas, 8 meqapikselli geniş bucaqlı, 5 meqapikselli makro və 2 meqapikselli sensorlu kameralar yerləşib. Redmi 9 ilə gözəl xatirələr yaradacaqsınız. Detallı şəkillərlə yanaşı smartfon keyfiyyətli videolar yarada bilir. Videoçəkiliş zamanı görüntünü rahat yaxınlaşdıra və uzaqlaşdıra bilərsiniz. Səs aydın və təmiz yazılır. Ön paneldə yerləşən 8 meqapikselli kamera vasitəsilə peşəkar selfilər əldə edəcəksiniz. Üstəlik videozəng zamanı görüntünün keyfiyyəti də artırılıb.
Sadalanan bütün xüsusiyyətlərdən sonra bu modeli əldə etmək qərarına gəlmisinizsə, Kontakt Home mağazalarında sizi gözləyirik. Əməkdaşlarımız smartfonun bütün özəlliklərini nümayiş etməkdən məmnun olacaq. Üstəlik mağazalarımızda təqdim edilən məhsullara zəmanət verilir. Xiaomi Redmi 9 smartfonunu onlayn almaq üçün saytımızdan istifadə edin. Sifariş prosesi çox asandır və cəmi 1 dəqiqəyə yeni smartfon sahibi ola bilərsiniz!