Bosch KlS87AFE0N soyuducu modeli ikikameralıdır. Bosch soyuducu A++ enerjiistifadə sinfinə aiddir. Cihazın toplam həcmi 270 litrdir. Soyuducu NoFrost əritmə sisteminə malikdir.
Bosch KlS87AFE0N soyuducu modelinin toplam həcmi 270 litrdir. Cihaz 2-3 nəfərfən ibarət ailələr üçün mükəmməl seçim olacaq. Soyuducu məhsuldarlığı ilə seçilir. NoFrost əritmə sistemi ilə kameraları təmiz saxlamaq çox asandır.
Görünüş
Sözügedən Bosch soyuducu modeli yığcam ölçülərə malikdir və balaca mətbəxlərə ideal yerləşir. Ağ rəngdə təqdim edilən və lakonik dizayna sahib cihaz iki kameradan ibarətdir. Korpusun üst hissəsində displey və idarəetmə düymələri var. Soyuducu kamera üst hissədə yerləşir və 209 litr tutumundadır. Ərzaqları saxlaya bilməyiniz üçün burada 5 ədəd möhkəmləndirilmiş şüşədən hazırlanan rəf yerləşir. Əlavə 5 ədəd rəf kameranın qapısında var. Meyvə-tərəvəzlər üçün kameranın alt hissəsində VitaFresh təravət zonası mövcuddur.
Dondurucu kameranın həcmi 63 litrdir. Daxilində 1 ədəd adi və 1 ədəd BigBox konteyneri var. Böyük ət tikələrinin saxlanılması barəsində düşünməyəcəksiniz. BigBox konteynerinə hətta hündür tort yerləşdirmək olar.
Məhsuldarlıq
Soyuducu NoFrost əritmə sisteminə malikdir. Beləliklə, kameraların divarlarında buzlaşma əmələ gəlmir. Cihazı təmiz saxlamaq üçün minimal vaxt tələb olunur. Super Freezing sürətli soyutma zamanı belə mətbəxinizin səssizliyi qorunur - Bosch KlS87AFE0N modeli cəmi 36 dB səs səviyyəsi ilə işləyir. Qurğu A++ enerjiistifadə sinfinə malikdir. Elektrik enerji qənaətli sərf edilir.
Displeyin köməkliyi ilə kameralar daxilində olan temperaturu tənzimləmək və lazım olan rejimləri işə salmaq olar. Qış üçün hazırladığınız meyvə-tərəvəzləri və ya mağazadan gətirdiyiniz ərzaqları sürətli soyutmaq lazım olanda Super Freeze rejimini işə salın. Soyuducu kamera üçün isə Holiday rejimi mövcuddur. Tətilə hazırlaşırsınızsa və ya evinizdə bir neçə gün ərzində heç kim yaşamayacaqsa bu rejim sizin üçün faydalı olacaq. Bu rejimdə kamera daxilində tez xarab olmayan məhsulların saxlanılması üçün optimal temperatur təyin edilir. Eyni zamanda soyuducu daha az elektrik enerjisi sərf edir.