Adından da bəlli olduğu kimi, Samsung Galaxy S20 FE (Fan Edition) əlverişli qiymətə maksimal imkanları olan smartfon əldə etmək istəyən Samsung brendinin fanatlarına yönləndirilib. Telefonun arxa paneli mat plastikdən hazırlanıb və əldə rahat yerləşir. Ön panel şüşədəndir. Ekran cızıqlardan Corning Gorilla Glass 3 ilə qorunur. Ekranın üst hissəsində ön kamera üçün nəzərdə tutulan O-şəkilli kəsik var. Korpusun alt hissəsində USB Type-C üçün giriş, dinamik və mikrofon, üst hissədə isə 2 NanoSIM üçün giriş və ikinci mikrofon yerləşdirilib. Yan hissədə səs və güc düymələri mövcuddur.
Smartfon 6.5 düymlü SuperAMOLED ekrana və 1080 x 2400 ekran həllinə sahibdir. Rənglər real və dəqiq ötürülür. Ultrasəs barmaq izi skaneri ekranın daxilinə quraşdırılıb və telefonu tez blokdan çıxarır. Əlavə olaraq skanerin təsir sahəsi daha da genişləndirilib. Cihazda AlwaysOn Display rejimi, Wi-Fi, NFC, Bluetooth və GPS mövcuddur. Samsung Galaxy S20 FE suyadavamlıdır, IP68 qorunma dərəcəsinə malikdir.
Batareyanın tutumu 4500 mAh-dir və smartfon sürətli enerji yığmanı dəstəkləyir. 25 Vt adapter ilə 1 saat ərzində sərf edilən enerjini 0%-dan 100% qədər bərpa edə bilər.
Galaxy S20 FE Exynos 990 prosessoru üzərində işləyir. Operativ yaddaş 6 GB, daxili yaddaş isə 128 GB-dır. Güclü prosessor sayəsində smartfon oyunları tez yükləyir, tətbiqlər çevik açılır, isənilən məlumat cihaz donmadan ötürülür. Telefondan aktiv istifadə edənlər cihazın bu xüsusiyyətini çox bəyənəcək.
Arxa paneldə kamera bloku yerləşdirilib: 12 mpx ultra geniş bucaqlı kamera, 12 mpx geniş bucaqlı kamera və 8 mpx telefoto kamera. Kamera bloku vasitəsilə peşəkar şəkillər yaratmaq olar. 32 meqapikselli ön kamera ilə keyfiyyətli video və selfilər çəkə biləcəksiniz. Kameralar rəngləri möhtəşəm ötürür və nəticədə canlı görüntü əldə edilir.
Samsung Galaxy S20 FE əldə etmək üçün Kontakt.az onlayn mağazamızda “Bir klikə al” düyməsinə basmanız kifayətdir. Ən qısa zamanda əməkdaşlarımız sizinlə əlaqə saxlayıb sifarişinizi təstiqləyəcək. Üstəlik çatdırılması qiymətə daxildir!