Məhsul haqqında məlumat
AirDry sistemi ilə 300 model qabyuyan maşını hər iş prosesini təmiz hava axını ilə tamamlayır, bu da qapalı qapı sistemi ilə müqayisədə üç dəfə daha effektiv qurutma nəticələrini təqdim edir. Qurutma dövriyyəsinin sonunda qapı avtomatik açılır və təbii hava axını boşqabları və çəngəl-bıçaq dəstlərini tam olaraq qurudur.
AirDry qurutmanı 3 dəfə daha sürətli yerinə yetirir
AirDry — qurutma prosesinin tamamlanmasında bir yenilikdir: təbii hava dövriyyəsinin istifadəsi qapalı qapı sistemindən 3 dəfə daha effektivdir. Qurutma dövriyyəsinin sonunda qapı 10 sm açılır və qablar ideal qurudulur.
Sürətli və effektiv
Vaxta qənaətin yeni üsulu. Qısa 30 dəqiqəlik yuma proqramı az miqdarda olan yükləmələr üçün ideal həll yoludur. Ən əsası isə sürətli yuma zamanı belə ideal təmizlik əldə edilir.
Rahat quraşdırma, PerfectFit
Sürüşən PerfectFit ilgəkləri qabyuyan maşının quraşdırılmasını inanılmaz dərəcəcə asanlaşdırır. İlgəklər istənilən hündürlükdə olan quraşdırılan maşınlar üçün uyğundur, döşəmə yaşmağını kəsməyə belə ehtiyac qalmır. Qabyuyan maşının mətbəxinizə ideal uyğunlaşmasından əmin ola bilərsiniz.