MacBook Air 13 13.3” düymlü Retina displeyə və Intel Core i3 prosessoruna malikdir. Operativ yaddaş 8 GB, SSD isə 256 GB təşkil edir. Nazik korpus alüminiumdan hazırlanıb.
MacBook Air 13 premium kateqoriyalı notbuklara aiddir. Özündə sürətli Intel prosessorunu, parlaq Retina displeyi və tutumlu batareyanı birləşdirən cihaz uzun müddətdir ki, müştəri məmnuniyyətini qazanmağa davam edir.
Görünüş
MacBook Air 13 Space Gray rəngində təqdim edilib. Nazik korpus yüksək keyfiyyətli alüminiumdan hazırlanıb. 1.29 kq çəkiyə sahib notbuk çantanıza asanlıqla yerləşəcək. Korpusun yan hissələrində 2 ədəd USB Type-C və qulaqlıq üçün girişlər mövcuddur. Yeni Magic Keyboard klaviaturası işıqlandırma ilə təchiz edilib. Nəticədə, tamamlanmamış işləriniz qalsa cihazdan asanlıqla axşam istifadə edə biləcəksiniz. Force Touch Trackpad-in ölçüləri böyüdülüb. Bu da qrafikanın redaktəsi üçün daha geniş imkanlar yaradır. Klaviaturanın sağ və sol hissələrində dinamiklər yerləşdirilib. Səs güclü və təmiz ötürülür. Bütün işlərinizi tamamlayıb asanlıqla film izləyə bilərsiniz.
Displey
Parlaq Retina displey hamar şüşə ilə örtülüb. Rənglərin düzgün ötürülməsi sayəsində görüntü daha təbii təsvir olunur. Şəkilləri redaktə etmək üçün bu çox vacib xüsusiyyətdir. Ekranın üst hissəsində görüntünü aydın ötürən kamera yerləşdirilib. Beləliklə, istədiyiniz zaman onlayn iclas keçirə və ya yaxınlarınızla video zəng vasitəsilə söhbət edə biləcəksiniz. Korpusda yerləşdirilən 3 ədəd mikrofon sayəsində isə səsiniz aydın ötürüləcək.
Məhsuldarlıq
MacBook Air 13 məhsuldarlığı və sürəti ilə tanınır. Bunun səbəbi Core i3 və 8 GB operativ yaddaşa bağlıdır. Prosessor sistemi effektiv idarə edərək tapşırıqların yerinə yetirilməsinə daha az vaxt sərf edir. Notbuk vasitəsilə şəkilləri redaktə edə, təqdimatlar, aylıq hesabatlar hazırlaya, elektron dərsliklərdən istifadə edə biləcəksiniz. Tutumlu batayera sayəsində isə günün sonunda tamamlanmayan işləriniz qalmayacaq. Vacib faylların saxlanılması, lazım olan tətbiqlərin və oyunların yüklənilməsi üçün 256 GB SSD təqdim edilib.