Instax Mini 11 qiymeti ilə sevindirir. Fotoaparat şəkli çəkib və həmin an çap edə bilir. Instax vasiitəsilə selfi çəkmək mümkündür. Çapetmə sürəti 90 saniyədir.
Xoş günlərinizi əbədiləşdirmək istəyirsinizsə Instax Mini 11 fotoaparatı ilə şəkli çəkib 90 saniyə ərzində çap edə biləcəksiniz.
Görünüş
Təqdim edilən Instax zərif bənövşəyi rəngdə təqdim edilib. Sadə və lakonik görünüşə sahib fotoaparatın korpusu hamar plastikdən hazırlanıb. Yuvarlaq konturlu gövdəsi sayəsində cihaz əldə rahat yerləşir. Instax Mini 11 modelinin ön tərəfində obyektiv, fləş, fləş indikatoru və işıq sensorları yerləşdirilib. Yan hissədə 2 ədəd AA batareya üçün yer mövcuddur.
Obyektivin yanında yerləşən güc düyməsinə basıb fləş indikatorunun yanmasını gözləyin. Daha sonra istifadəyə başlaya bilərsiniz. İşıq sensorları ətrafınızdakı işıqlandırmanı müəyyənləşdirərək ekspozisiyanı avtomatik tənzimləyir. Beləliklə, zəif işıq şəraitində aydın fotolar əldə edilir.
Çəkiliş rejimləri
60 mm obyektivin linzaları şüşədən hazırlanıb. Nəticədə, Instax Mini 11 öncəki modellərlə müqayisədə daha dəqiq və aydın şəkillər yarada bilir. Fotoaparat "Selfie" rejimini dəstəkləyir. Bu rejimə keçid etmək üçün obyektivi "Selfie On" yazısına qədər çəkin. Kompozisiyanı asanlıqla yarada bilməyiniz üçün obyektivdə yerləşən güzgüdən istifadə edin. Ətrafınızdakı işıqlandırma zəif olsa belə şəkliniz mükəmməl alınacaq. Güclü fləş intensivliyini avtomatik artıraraq arxa fonu işıqlandıracaq. "Selfie" rejimini iri planlar üçün istifadə edə bilərsiniz. Kameranı çəkiliş obyektindən 30-50 sm məsafədə saxlayıb detallı makro əldə etmək mümkündür.