Instax Mini 11 qiyməti və parametrləri ilə sizi sevindirəcək. Fotoaparatın gövdəsi zərif mavi rəngində təqdim edilib. Cihaz 2 ədəd AA batareya üzərində işləyir.
Şəkil çəkməyi sevirsinizsə xoş günlərinizi Instax Mini 11-lə əbədiləşdirib polaroid şəkillərinizdən ibarət kolleksiya yaradın. Sözügedən model özünüz və yaxınlarınız üçün mükəmməl hədiyyə olacaq.
Görünüş
Zərif mavi rəngi bəyənirsinizsə seçiminizi Instax Mini 11 Blue modelində dayandırın. Hamar plastikdən hazırlanmış korpus yığcam ölçülərə sahibdir. Nəticədə, cihaz əlinizdə rahat yerləşir. Fotoaparat 2 ədəd AA batareya üzərində işləyir. Komplektasiyaya fotoaparat üçün qoruyucu çanta daxildir. Instax-ı özünüzlə çantada istədiyiniz yerə apara bilərsiniz. Qoruyucu çanta ilə yanaşı şəkilləri çəkib çap edə bilməyiniz üçün Instax mini card katrici və mini albom komplektə əlavə edilib.
Instax Mini-nin ön tərəfində obyektiv və fləş yerləşir. Obyektivin yanında güc düyməsi mövcuddur. Cihazı söndürmək üçün obyektivi geriyə çəkməyiniz kifayətdir. Fotoaparatın çəkilişə hazır olmasını müəyyənləşdirə bilməyiniz üçün korpusun üst hissəsində fləş indikatoru var. İndikatorun işığı yanan kimi bənzərsiz şəkillər yaratmağa başlamaq olar. Aydın fotolar üçün fləş indikatorunun yanında işıq sensorları yerləşdirilib.
Çəkiliş rejimləri
Instax günün istənilən vaxtı aydın şəkillər yarada bilir. İşığa həssas olan sensorlar ekspozisiyanın avtomatik tənzimlənməsini təmin edir. Nəticədə, gecə vaxtı və parlaq günəş işığı altında rəngarəng kadrlar əldə edilir. Bundan başqa fləşin intensivliyi avtomatik dəyişir. Daha öncəki modellərdən fərqli olaraq Instax Mini 11 modelinin linzaları şüşədən hazırlanıb. Beləliklə, daha dəqiq və detallı fotolar yaratmaq mümkündür.
Fotoaparat “Selfi” rejimi ilə təchiz edilib. Rejimi işə salmaq üçün obyektivi “Selfie On” yazısına qədər çəkməlisiniz. Daha sonra obyektivi özünüzə doğru çevirib cihazı 30-50 sm aralıqda tutub düyməyə basın. İdeal selfi üçün obyektivin üzərində balaca güzgü yerləşdirilib.
























