Instax Mini 11 Baku ilə mükəmməl polaroid şəkillər əldə edəcəksiniz. Fotoaparat qara rəngdə mövcuddur. Komplektasiyaya Instax mini card katrici, mini albom və qoruyucu çanta daxildir.
Qeyri-adi hədiyyə axtarirsınızsa Instax Mini 11 Black Bundle modelinə nəzər yetirin. Qutunun içində şəkil çəkə bilməyiniz üçün Instax mini card katrici və 2 ədəd AA batareya əlavə edilib.
Görünüş
Instax lakonik görünüşə və universal qara rəngdə təqdim edilib. Cihazın gövdəsi daha nazik olub, nəticədə onu bir əllə tutub düyməyə rahat basa biləcəksiniz. Yığcam ölçüləri sayəsində fotoaparat balaca çantaya belə sığır. Onu etibarlı şəkildə özünüzlə daşıya bilməyiniz üçün komplektasiyaya qara rəngdə qoruyucu çanta daxildir. Bundan başqa çap edilən şəkillərin saxlanılması üçün mini albom mövcuddur. Instax mini card katrici 10 ədəd şəkil üçün nəzərdə tutulub. Katriclər klassik ağ və ya rəngli çərçivədə mövcuddur. Qutuya əlavə edilən katriclərin çərçivəsi ağ rəngdədir.
Səyahətə hazırlaşarkən özünüzlə əlavə naqillər aparmaq lazım olmayacaq. Instax Mini 11 2 ədəd AA batareya üzərində işləyir. Cihazın ön hissəsində obyektiv, fləş, çəkiliş və güc düymələri, fləş indikatoru, işıq sensorları yerləşir. Arxa hissədə katric, yan tərəfdə isə batareya üçün yer mövcuddur.
Çəkiliş rejimləri
Çəkilişə başlamaq üçün güc düyməsinə basın. Fləş indikatoru yanan kimi fotoaparatdan istifadə etmək olar. İndikatorun yanında yerləşən işıq sensorları ətrafınızdakı işıqlandırmanı müəyyənləşdirə bilir. Daha sonra Instax ekspozisiyanı avtomatik tənzimləyir. Beləliklə, gecə vaxtı daha aydın və rəngli şəkillər çəkə biləcəksiniz. Fləşin intensivliyi də işıqlandırmadan asılıdır və intensivliyini dəyişə bilir. Parlaq günəş işığı altında kontrastlı kadrlar alınır.
Yeni Instax Mini 11 ilə selfi çəkmək mümkündür. Bunun üçün obyektivi “Selfie On” yazısına qədər çəkin və obyektivi özünüzə doğru çevirin. Fotoaparatı 30-50 sm aralıqda tutub düyməyə basın və ideal selfi hazırdır. Daha çox mükəmməl kadrlar üçün obyektivin üzərində yerləşən balaca güzgüdən istifadə edin.





















