Wi-Fi gücləndiricilər
WiFi gücləndiricilər – internet niyə yalnız bir otaqda yaxşı işləyir?
İnternet sürətini artırmaq istəyirsən, amma problem heç də tarifdə olmaya bilər. Məsələn, qonaq otağında hər şey əladır. Mətbəxə keçirsən — videon dayanır. Yataq otağında isə Wi-Fi işarəsi var, amma internet çalışmır. Tanış vəziyyətdir? Belə hallarda yeni provayder axtarmağa ehtiyac olmur. Çox vaxt problemi wifi gücləndiricilər həll edir. Onlar mövcud siqnalı daha uzağa çatdırır və internetdən evin müxtəlif otaqlarında rahat istifadə etməyə kömək edir. Əgər son vaxtlar "routerə yaxınlaşım, sonra açaram" cümləsini tez-tez işlədirsənsə, deməli yazını doğru yerdən oxumağa başlamısan.
WiFi gücləndiricisi nə edir?
Adı bir az texniki səslənə bilər, amma işləmə prinsipi kifayət qədər sadədir. Wifi guclendiricisi routerdən gələn siqnalı qəbul edir və onu yenidən ötürür. Nəticədə əvvəllər zəif işləyən otaqlarda da internet daha stabil olur. Bu xüsusilə qalın divarlı mənzillərdə, iki mərtəbəli evlərdə və ya router bütün otaqları əhatə etməyəndə çox faydalıdır. Bəzən insanlar internet paketini dəyişirlər. Sonra məlum olur ki, problem sürətdə yox, siqnalın məsafəsində imiş.
Repeater və extender arasında fərq varmı?
Əslində məqsəd eynidir. Wifi repeater və wifi extender repeater siqnalın əhatə dairəsini genişləndirmək üçün istifadə olunur. Fərq daha çox istehsalçıların istifadə etdiyi adlandırmadadır. Sənin üçün vacib olan isə nəticədir. Video zəng yarımçıq kəsilməsin, serial izləyərkən ekran donmasın və iş otağında internet sabit işləsin.
Hansı modeli seçmək daha yaxşıdır?
Burada seçim evinin ölçüsündən və internetdən necə istifadə etdiyindən asılıdır. Əgər əsasən sosial şəbəkələrə baxır, xəbər oxuyur və gündəlik istifadə edirsənsə, 2.4GHz dəstəyi olan model kifayət edə bilər. Evdə eyni anda televizor, noutbuk, telefon və oyun konsolu işləyirsə, dual band dəstəyi olan cihaz daha yaxşı seçim olacaq. Belə modellər həm 2.4GHz, həm də 5GHz tezliklərində işləyir və bağlantını daha stabil saxlayır. Böyük evlər və gələcəkdə şəbəkəni genişləndirmək istəyənlər üçün isə mesh network dəstəyi əlavə üstünlükdür.
Quraşdırmaq çətindir?
Əksinə, düşündüyündən daha asandır. Əksər modellər plug-in tipində hazırlanır. Rozetkaya qoşursan, qısa quraşdırma edirsən və cihaz istifadəyə hazır olur. Ən vacib məqam onu düzgün yerdə yerləşdirməkdir. Routerdən çox uzaq olarsa, gücləndirəcəyi siqnal da zəif olacaq. Ona görə ortaq nöqtəni seçmək kifayətdir.
Kontakt.az-da hansı markalar var?
Kontakt.az-da müxtəlif ehtiyaclara uyğun tanınmış markaların modellərini tapa bilərsən. Ən populyar seçimlər bunlardır:
• TP-Link
• Xiaomi
• Mercusys
• ASUS
• D-Link
• Tenda
Ən çox seçilən modellərdən biri tp link wifi repeater seriyasıdır. Sadə quraşdırılır, stabil işləyir və ev istifadəçiləri arasında populyardır. Əgər kompakt ölçü və minimalist dizayn axtarırsansa, Xiaomi repeater modelləri də yaxşı seçimdir. Bundan əlavə, müxtəlif seriyalı TP-Link repeater modelləri həm mənzillər, həm də daha böyük evlər üçün uyğun variantlar təqdim edir.
Qiymətlər nədən asılıdır?
İlk baxışda cihazlar oxşar görünə bilər. Amma funksiyaları fərqləndikcə qiyməti də dəyişir.
Qiymətə təsir edən əsas amillər bunlardır:
• məsafə artırma imkanları;
• dual band dəstəyi;
• 5GHz bağlantısı;
• mesh network uyğunluğu;
• əlavə portlar və sürət göstəriciləri.
Ona görə yalnız qiymətləri müqayisə etmək yox, evinin ölçüsünü və istifadə ssenarini də nəzərə almaq faydalıdır.
Niyə Kontakt.az?
Texnika alanda rahatlıq yalnız alışla bitməməlidir.
Kontakt.az sənə təqdim edir:
• orijinal məhsullar;
• rəsmi zəmanət;
• rahat onlayn sifariş;
• sürətli çatdırılma;
• etibarlı rəsmi mağaza xidməti;
• Baku və bütün Azerbaijan üzrə xidmət.
Nəticə
Bəzən yaxşı internet üçün yeni router almağa ehtiyac olmur. Kiçik bir signal gücləndiricisi kifayət edir ki, evin hər otağında əlaqə sabit olsun. İstər wifi repeater, istər wifi extender repeater, istərsə də etibarlı tp link wifi repeater seç, əsas məqsəd birdir: internetdən harada olursan ol, rahat istifadə etmək. Kontakt.az-da modelləri müqayisə et, ehtiyacına uyğun variantı seç və evində Wi-Fi-ın imkanlarını tam istifadə et.



