Kataloq
Bir kliklə al
Xüsusiyyətlər
Təsvir
İstifadəçi rəyləri
Alternativ seçim
Xidmət seçin
Xüsusiyyətlər
İstehsalçı
Apple
Model
MacBook Air 13 MGN63RU/A
Ekranın diaqonalı
13.3"
Əməliyyat sistemi
MacOS
Wi-Fi
Wi-Fi 6 (802.11ax)
Sensorlu ekran
Yox
360 dərəcə fırlanma
Yox
Klaviaturanın dili
İngilis, rus
Kateqoriya
Premium
Veb-kamera
720p
Ölçülər (E × D × H)
304.1 × 212.4 × 16.1 mm
Rəng
Space Grey
Çəki
1.29 kq
Girişlər
2x Thunderbolt 4
Zəmanət
12 ay
Videokart
Apple M1
Daxili yaddaş
SSD 256GB
Displey
Retina WQXGA (2560 × 1600), 60 Hz
Operativ yaddaş
LPDDR4X 8GB, 4266 MHz
Videokartın növü
Apple
Prosessor
Apple M1, 3.23 GHz
Akkumulyatorun həcmi
49.9 Vt*s, 18 saatadək
Hamısını göstər Daha az göstər

Macbook Air M1 çipi üzərində işləyir. Macbook qiymeti ilə tanış olmaq üçün saytımıza keçid edin. Notbuk 8 GB operativ yaddaşa və 256 GB SSD-yə malikdir.

Apple Macbook Air 13" MGN63RU/A modeli premium kateqoriyalı notbuklara aiddir. Qurğu dəbli görünüşə sahibdir və yeni M1 çipi ilə təchiz edilib. Apple notbuku sürətli olub, səssizdir və daha çox avtonom işləyə bilir.

Görünüş və Ekran

Macbook Air modelinin korpusu alüminiumdan hazırlanıb. Notbuk Space Gray rəngində təqdim edilib. Korpusun sol hissəsində 2 ədəd Thunderbolt 3, sağda isə qulaqlıq üçün giriş mövcuddur. Cihaz Magic Keyboard klaviatura və Force Touch Trackpad ilə təchiz edilib. Klaviatura işıqlandırmaya sahibdir. Beləliklə, qaranlıqda asanlıqla mətn yığmaq mümkündür. Böyük Trackpad sayəsində notbuk toxunuşlara dəqiq cavab verir. Macbook 13 Touch ID dəstəkləyir. Barmaq izini skan edərək notbuku blokdan çıxara, Apple TV tətbiqində ödəniş edə bilərsiniz.

Yeni Macbook 13 düymlü Retina displeyə sahibdir. Ekran şüşədən hazırlanıb və rəngləri parlaq ötürür. Nəticədə, görüntü daha real və detallı təsvir edilir. İstənilən mətnlər rahat oxunur. Geniş baxış bucaqına sahib ekran sevdiyiniz videoları, ən yeni filmləri izləmək üçün ideal ölçülərə sahibdir. TrueTone texnologiyası işıqlandırmanı avtomatik olaraq ətrafınızdakı işıqlandırmaya əsasən dəyişir.

M1 çipi displeyin üst hissəsində yerləşən kameranın işini optimallaşdırıb. Beləliklə, FaceTime vasitəsilə video zəng zamanı görüntü daha keyfiyyətli ötürülür. Neural Engine maşın öyrənmə sistemi sayəsində notbuk üz cizgilərinizi yaddaşda saxlayır və növbəti istifadə zamanı ətrafınızdakı işıqlandırmaya əsasən dərinizin tonunu təbii təsvir edir. 3 ədəd mikrofon sayəsində isə səsiniz aydın ötürüləcək.

Məhsuldarlıq

Macbook Air M1 çipi üzərində işləyir. Apple M1 çipinin köməkliyi ilə mərkəzi prosessor 3.5 dəfə, qrafik prosessor isə 5 dəfə daha sürətli işləyir. Neural Engine maşın öyrənmə texnologiyası sürətini 9 dəfə artırıb. M1 Apple brendinin Mac üçün yaratdığı ilk çipdir. Yeni çipin arxitekturası digər prosessorlardan fərqlidir. Burada mərkəzi və qrafik prosessorlar, Neuran Engine sistemi, Thunderbolt kontrolleri və digər vacib komponentlər birləşir. Nəticədə, komponentlər məlumatı öz aralarında sürətli ötürür. Nəticədə, notbuka istənilən tətbiqləri yükləyib şəkil və videoları redaktə edə, ağır qrafikaya sahib oyunları oynaya bilərsiniz.

Apple M1 batareyanın işini optimallaşdırıb. Çip tapşırıqları səmərəli yerinə yetirir, beləliklə cihaz daha uzun müddət ərzində avtonom işləyə bilir. Ekranın parlaqlığını 50% təyin edib 16 saat ərzində fasiləsiz video izləyə bilərsiniz. Adi istifadə zamanı isə bu müddət 18 saata qədər artırıla bilər. Bundan başqa, Macbook Air 13 modelində ventilyator yoxdur. Bu isə o deməkdir ki, cihaz tamamilə səssizdir.

Apple M1 çipinin köməkliyi ilə iPhone və iPad üçün tətbiqləri Macbook-da istifadə etmək mümkündür. Beləliklə, smartfonunuzda olan tətbiqləri notbuka yükləyib mobil oyunları oynaya, yemək sifariş verə, bank tətbiqlərindən istifadə edə bilərsiniz. Rosetta 2 texnologiyası ilə Intel prosessoru üçün nəzərdə tutulan tətbiqləri Macbook-da yükləmək və istifadə etmək olar.

Öz rəyinizi bizimlə paylaşın
1
2
3
4
5
Göndər

Notbuk Apple MacBook Air 13 MGN63RU/A Space Gray

5.0
Rəylər 5
Mövcud deyil
SKU: TM-DG-KOT-1114-NB-0142
-200 ₼ nağd alışa 1.799,99 ₼
1.999,99 ₼
Hissəli alış kalkulyatoru
Şərtlər ilk dəfə olaraq endirimli qiymətə tətbiq olunur
0% 6 ay
0% 9 ay
0% 12 ay
0% 15 ay
0% 18 ay
24 ay
Aylıq ödəniş ------
Sifarişin rəsmiləşdirilməsi zamanı komissiya əlavə oluna bilər

Birgə satılanlar

Цвет
Ucuzdan bahaya Bahadan ucuza
Память
От дешевых к дорогим От дорогих к дешевым
Yeni gücü hiss edin
Apple M1 çipinin gəlişi ilə Apple şirkətinin ən incə və yüngül notbuku köklü dəyişikliyə uğrayıb. Mərkəzi prosessor 3,5 dəfəyədək, qrafik prosessor 5 dəfəyədək daha sürətli işləyir. Apple şirkətinin ən qabaqcıl Neural Engine sistemi sayəsində isə maşın öyrənməsi texnologiyasının sürəti 9 dəfəyədək artır
Balaca çip. Nəhəng irəliləyiş.
Qarşılayın. Xüsusi olaraq Mac üçün hazırlanmış ilk Apple çipi. Heyranedici Apple M1 çip üzərində sistemi 16 milyard tranzistora malikdir və özündə mərkəzi və qrafik prosessorları, Neural Engine sistemini, giriş/çıxış kontrollerlərini, eləcə də bir çox digər komponentləri birləşdirir. M1 çipi Mac-da unikal texnologiyalardan yararlanmaq imkanı verir, inanılmaz məhsuldarlığı və bənzərsiz enerji effektivliyini təmin edir. Bu, Mac üçün sadəcə növbəti addım deyil – tamamilə yeni imkanlar səviyyəsidir
Mərkəzi prosessor
Hesablama sürətinə görə M1 çipi Apple şirkətinin bütün digər prosessorlarını geridə qoyur. Belə məhsuldarlıq MacBook Air-də professional səviyyədə foto və video redaktə etmək və ya ağır qrafikalı oyunları oynamaq kimi ən çox resurs tələb edən işlərin öhdəsindən gəlməyə imkan verir. Lakin Apple M1 çipində yer alan 8 nüvəli prosessor yalnız öncəki nəsil prosessorlardan 3,5 dəfə daha sürətli olmasi ilə deyil, həm də tapşırıqları yüksək məhsuldarlıq nüvələri ilə effektivlik nüvələri arasında rasional şəkildə paylaması ilə fərqlənir
Maşın öyrənməsi
MacBook Air-dəki tətbiqlər fotoların avtomatik olaraq peşəkar səviyyədə emalı və ya smart alətlərin və audiofiltlərin daha dəqiq tətbiqi kimi işlər üçün maşın öyrənməsi texnologiyalarını istifadə edə bilər. Bu, sizin xidmətinizdə olan əsl kompüter intellektidir
macOS Big Sur və M1 çipinin gücü
macOS Big Sur əməliyyat sistemi Apple M1 çipinin nəhəng potensialı nəzərə alınaraq hazırlanıb. Əhəmiyyətli şəkildə yenilənmiş tətbiqlər. Möhtəşəm yeni dizayn və ən müasir məxfilik və təhlükəsizlik funksiyaları. Bu, ən qabaqcıl Apple avadanlıqları üçün hazırlanmış, inanılmaz dərəcədə güclü əməliyyat sistemidir
Retina Displey. Real olmayacaq qədər realistik rənglər.
13,3 düym diaqonala və 2560×1600 piksel çözümlülüyə malik Retina displeydə görüntü daha detallı və realistik alınır. Mətnlər daha kəskin və aydın, rənglər isə həmişə olduğundan daha canlıdır. Displeyin şüşəsi korpusun ən kənar xəttinə çatdığı üçün heç nə diqqətinizi möhtəşəm görüntüdən yayındırmır
Kamera və mikrofonlar
Apple M1 çipində yer alan görüntü siqnalı prosessoru hər FaceTime zəngi və videokonfransı zamanı daha yaxşı görüntünü təmin edir. Üç daxili mikrofon sayəsində isə zəng edərkən və ya səsli qeyd yazarkən dedikləriniz aydın eşidiləcək
Klaviatura Magic Keyboard
Bu klaviaturada yazı yazmağın rahat və xoş olması bir yana, onun bütün imkanları sadəcə möcüzədir. Öncədən təyin edilmiş yeni düymə kombinasiyaları faydalı funksiyalara çıxış imkanını təmin edir. Klaviaturanın dilini dəyişin, lazım olan emojini seçin, Spotlight vasitəsilə sənədləri tapın – hamısı bircə toxunuşla. Düymələrin işıqlanması və işıqlılıq sensoru isə qaranlıqda yazmağa imkan verir
Bağlantı imkanları

Wi-Fi 6 - Yeni nəsil Wi-Fi daha sürətlidir. Üstəlik, şəbəkəyə qoşulan cihaz sayı artsa belə, MacBook Air-in bağlantısının güclü qalmasını təmin edir. Thunderbolt/USB 4 portları - Ultra-yüksək ötürücülük qabiliyyəti və geniş funksionallıq bir arada. Thunderbolt portundan məlumatların ötürülməsi, cihazın şarj edilməsi və ya videonun digər monitorlara verilməsi üçün yararlanmaq olar. MacBook Air-də belə portların sayı ikidir

Şəxsi hesab
Şəxsi hesabın üstünlüklərindən yararlanmaq üçün daxil olmaq və ya qeydiyyatdan keçməyi tövsiyə edirik.

Hesab və ayarlar

Aylıq Ödəniş
Əlaqə:: *6060