Quru meyvələri sevirsiniz? O zaman, sizə keyfiyyətli meyvə və tərəvəz qurudan lazımdır! GORENJE FDK24DW modeli funksionallığı və sadə istifadəsi sayəsində müştərilərimiz tərəfindən çox sevilir. Meyvələrdən başqa, cihaz vasitəsilə asanlıqla tərəvəz, giləmeyvə, müxtəlif bitlikər, hətta balıq və ət quruda bilərsiniz. Qış üçün hazırlıq edənlər və sağlam həyat tərzi sürənlər üçün bu model əvəzedilməz köməkçi olacaq.
Qurğunun alt hissəsində pər yerləşdirilib. Onun vasitəsilə şaquli hava axını yaradılır və qablarda qurudulan məhsulların qoxuları qarışmır. Beləliklə, eyni anda bir neçə fərqli məhsul quruda bilirsiniz. Cihazda 5 ədəd üst-üstə yığılan qab mövcuddur. Qablar tamamilə şəffafdır. Qurudma prosesini asanlıqla izləyə bilərsiniz. Ehtiyaclarınıza əsasən 1 qabı tək və ya 5 qabı birdən istifadə edə bilərsiniz. GORENJE FDK24DW ilə məhsul maksimum dad və fayda saxlayır.
Qurudan keyfiyyətli plastik və metaldan hazırlanıb. 240 Vt gücü sayəsində hər bir məhsul effektiv qurudulur və daha uzun müddət ərzində saxlanılır. Alt hissədə sadə idarəetmə paneli və displey yerləşdirilib. Cihazın minimal qurutma vaxtı 30 dəqiqə, maksimal vaxt isə 30 saatdır. Temperatur seçimi isə 35° - 70°C arasındadır. Əlavə olaraq qurudan taymer ilə təchiz edilib.
GORENJE FDK24DW meyvə və tərəvəz qurudanı 2 illik zəmanətlə əldə etmək üçün Kontakt.az onlayn mağazamıza daxil olun. Saytımız vasitəsilə bəyəndiyiniz məhsula cəmi 1 klikə sahib olun! Üstəlik çatdırılma qiymətə daxildir!