Seçilənləri sil
Filtr
Tətbiq et
Qiymət
İstehsalçı
Daxili örtük
Xarici örtük
Qapaq
Tutacaqların materialı
Uyğun bişirmə səthi
Diametr
Dəstdə əşya sayı
Tava izqara WMF Perdamur Premium 3201000545
Tava izqara WMF Perdamur Premium 3201000545
399,99 ₼259,99 ₼ 0% 6 ay
Tava WMF 18 sm 3201001314
Tava WMF 18 sm 3201001314
89,99 ₼69,99 ₼ 0% 12 ay
Tava WMF Click & Serve 24 sm 8900540101
Tava WMF Click & Serve 24 sm 8900540101
279,99 ₼199,99 ₼ 0% 6 ay
Tava WMF Click & Serve 28 sm 8900540118
Tava WMF Click & Serve 28 sm 8900540118
319,99 ₼219,99 ₼ 0% 6 ay
Tava WMF Click & Serve Wok 26 sm 8900540125
Tava WMF Click & Serve Wok 26 sm 8900540125
289,99 ₼199,99 ₼ 0% 6 ay
Tava WMF Fusiontec 24 sm 3201111747 Çəhrayı
Tava WMF Fusiontec 24 sm 3201111747 Çəhrayı
449,99 ₼289,99 ₼ 0% 6 ay
Tava WMF Fusiontec 24 sm 3201111749
Tava WMF Fusiontec 24 sm 3201111749
389,99 ₼279,99 ₼ 0% 6 ay
Tava WMF Fusiontec 28 sm 3201111737
Tava WMF Fusiontec 28 sm 3201111737
489,99 ₼339,99 ₼ 0% 6 ay
Tava WMF Perdamur Advance 24 sm 7115006225
Tava WMF Perdamur Advance 24 sm 7115006225
229,99 ₼159,99 ₼ 0% 6 ay
Tava WMF Permadur Advance Sahan 28 sm 3201010122
Tava WMF Permadur Advance Sahan 28 sm 3201010122
249,99 ₼159,99 ₼ 0% 6 ay
Tava WMF Permadur Excellent 20 sm 3201000531
Tava WMF Permadur Excellent 20 sm 3201000531
169,99 ₼119,99 ₼ 0% 6 ay
Tava WMF Permadur Excellent 24 sm 3201000534
Tava WMF Permadur Excellent 24 sm 3201000534
219,99 ₼149,99 ₼ 0% 6 ay
Tava WMF Permadur Excellent 28 sm 3201000337
Tava WMF Permadur Excellent 28 sm 3201000337
219,99 ₼159,99 ₼ 0% 12 ay
Tava WMF Permadur Excellent 28 sm 3201000535
Tava WMF Permadur Excellent 28 sm 3201000535
249,99 ₼169,99 ₼ 0% 6 ay
Tava WMF Permadur Inspire 24 sm 3201018551
Tava WMF Permadur Inspire 24 sm 3201018551
139,99 ₼99,99 ₼ 0% 6 ay
Tava WMF Permadur Inspire 28 sm 3201018550
Tava WMF Permadur Inspire 28 sm 3201018550
159,99 ₼119,99 ₼ 0% 12 ay
Tava WMF PermaDur Premium 24 sm 3201000537
Tava WMF PermaDur Premium 24 sm 3201000537
249,99 ₼169,99 ₼ 0% 6 ay
Tava WMF Permadur Premium 28 sm 3201000538
Tava WMF Permadur Premium 28 sm 3201000538
299,99 ₼209,99 ₼ 0% 6 ay
Tava WMF Profi Cromargan 24 sm 7115005780
Tava WMF Profi Cromargan 24 sm 7115005780
149,99 ₼109,99 ₼ 0% 6 ay
Tava WMF Profi Resist Sahan 24 sm 3201002678
Tava WMF Profi Resist Sahan 24 sm 3201002678
349,99 ₼249,99 ₼ 0% 6 ay

Tavaları Kontaktdan almanız üçün bir çox səbəb var. İlk növbədə, bizdə geniş çeşiddə və müxtəlif ölçülərdə, istənilən materiallardan və dizaynlarda tavalar var.  Buda hər bir müştərinin ehtiyaclarına uyğun seçim etməsini təmin edir. Məhsullarımız yalnız keyfiyyətli və etibarlı brendlərdən seçilir, bu da onların uzun müddət istifadə edilməsinə və yüksək performans göstərməsinə zəmanət verir. Biz rəqabətli qiymətlər təklif edirik, bu da sizə keyfiyyətli məhsulları daha əlverişli qiymətə əldə etməyə imkan verir. Müntəzəm olaraq endirimlər və xüsusi təkliflərimiz mövcuddur ki, bu da alış-verişinizi daha sərfəli edir. Müştəri xidmətlərimiz hər zaman yardıma hazırdır və sizə doğru məhsulu seçməkdə kömək edəcək. Biz həmçinin məhsullarımız üçün zəmanət və geri qaytarma siyasəti təklif edirik ki, bu da alış-verişinizi daha təhlükəsiz və rahat edir. Tavalarımız yüksək keyfiyyətli materiallardan hazırlanır, bu da onların dayanıqlığını və səmərəliliyini təmin edir. Yapışmayan səth texnologiyalı tavalardan tutmuş, paslanmayan polad və dəmir tavalara qədər müxtəlif variantlar təqdim edirik. Mətbəxinizin dekoruna uyğun müxtəlif rəng və dizaynlarda tavaları bizdən ala bilərsiniz. Məhsullarımız həm evdə istifadə üçün, həm də peşəkar aşpazlar üçün idealdır.  Kontakt Home mağazalar şəbəkəsindən əldə etdiyniz tavalar geniş istifadə sahəsinə malikdirlər. Online mağazamız vasitəsilə rahat və sürətli alış-veriş edə bilərsiniz, həmçinin sürətli və etibarlı çatdırılma xidmətimizlə sifarişiniz qısa zamanda sizə çatdırılır. Bizimlə alış-veriş edərək, keyfiyyət, rahatlıq və məmnuniyyət əldə edirsiniz. Bu səbəblərə görə, tavalara ehtiyacınız varsa, doğru ünvan bizik.

Tavalar seçərkən nələrə diqqət etməliyik?

Tava seçərkən diqqət etməli olduğunuz bir çox vacib məqam var. Düzgün seçim etdikdə mətbəxinizdə rahat və səmərəli istifadəni təmin etmiş olursunuz. 

1.Material: Tavanın materialı, onun istilik paylanması və dayanıqlığı üçün vacibdir. Paslanmayan polad, döküm dəmir, alüminium və mis tavalardan biri seçilə bilər.

2. Yapışmayan səth: Non-stick (yapışmayan) səthli tavalardan istifadə etdikdə yeməyin tavaya yapışmamasını və təmizlənməsinin asan olmasını təmin etmiş olursunuz. Bu tip tavalarda teflon və ya keramika örtüklər populyardır.

3. Ölçü və forma: Tavanın ölçüsü və forması, onu hansı məqsədlə istifadə edəcəyinizə görə seçilməlidir. Məsələn, böyük ailələr üçün geniş tavalara, kiçik yeməklər üçün isə kiçik tavalara üstünlük verilməlidir.

4. Çəki: Tavanın çəkisi də nəzərə alınmalıdır. Döküm dəmir tavalalar ağır olsa da, istiliyi yaxşı saxlayır. Yüngül tavalalar isə daha rahat istifadəyə imkan verir.

5. İstiliyin paylanması: Yaxşı bir tava istiliyi bərabər paylamalıdır. Paslanmayan polad və mis tavalalar bu baxımdan üstünlük təşkil edir.

6. Davamlılıq: Tavanın davamlılığı onun nə qədər uzun müddət istifadə ediləcəyini müəyyən edir. Paslanmayan polad və döküm dəmir tavalalar uzun ömürlü hesab olunur.

7. Baxım və təmizlik: Tavanın təmizlənməsi və baxımı asan olmalıdır. Non-stick tavalalar təmizlənməsi asan olan tavalar silsiləsinnəndir. Tavanın spesifik baxım tələbləri varsa, bu, onun istifadəsini və təmizlənməsini çətinləşdirə bilər. Bu səbəbdən, baxım tələblərini yoxlayın.

8. İstilirə dözümlülük: Tavanın yüksək istilikdə istifadəyə uyğun olub-olmadığını yoxlayın. Bəzi tavalalar yüksək istilikdə deformasiya ola bilər.

9.Tutacaqlar: Tavanın tutacaqları möhkəm və istiliyədavamlı olmalıdır. Silikon və ya paslanmayan polad tutacaqlar bu baxımdan əlverişlidir.

10. İnduksiyaya uyğunluq: İnduksiya ocağınız varsa, tavanın induksiya uyumlu olub olmadığını yoxlayın. Paslanmayan polad və döküm dəmir tavalalar induksiya ocaqlarında istifadə edilə bilər.

11. Qiymət: Büdcənizə uyğun tavalara baxın, lakin keyfiyyəti də nəzərə alın. Ucuz tavalalar tez körana bilər və yenisi ilə əvəz olunmalıdır.

12. Marka: Etibarlı brendlərə üstünlük verin. Tanınmış markalar keyfiyyət və zəmanət baxımından daha etibarlıdır.

13. Dibinin qalınlığı: Qalın dibli tavalalar istiliyi daha yaxşı saxlayır və bərabər paylayır.

14. Ekoloji cəhətdən təhlükəsizlik: Ekoloji təmiz materiallardan hazırlanmış tavalara üstünlük verin. Keramika örtüklü tavalalar bu baxımdan daha yaxşıdır.

15. Qapaq: Bəzi tavalarda qapaq da olur. Qapaqlı tavalara üstünlük verin, çünki buxarlanma və yeməyin daha tez bişməsi üçün faydalıdır.

16. İstifadə Rahatlığı: Rahatlıq üçün tutacaqları ergonomik olan tavalara üstünlük verin.

17. Dizayn: Tavanın dizaynı da əhəmiyyətlidir. Gözəl dizaynlı tavalara sahib olmaq mətbəxinizin estetik görünüşünü artırır.

18. Çoxfunksionallıq: Çoxfunksiyalı tavalara üstünlük verin. Bəzi tavalalar həm sobada, həm də qaz üzərində istifadə edilə bilər.

Bu məqamları nəzərə alaraq, sizin üçün ən uyğun tavanı seçmək daha asan olacaq.

Mətbəxiniz üçün ən uyğun tava növü hansıdır?

Mətbəxiniz üçün ən uyğun tava növünü seçərkən bir neçə əsas amili nəzərə almalısınız: material, istifadə məqsədi, baxım və təmizlik rahatlığı. Hər tava növü fərqli məqsədlər üçün uyğun ola bilər. Aşağıda müxtəlif tava növləri və onların üstünlükləri haqqında məlumat verilir.

1. Paslanmayan polad tavalar. Paslanmayan polad tavalar dayanıqlığı və çox yönlülüyü ilə tanınır. Bu tavalar yüksək istilikdə istifadə üçün əlverişlidir və metal qablar ilə istifadədə zərər görməz. Paslanmayan polad tavalar, qızartma, bişirmə və qovurma üçün idealdır.

2. Döküm dəmir tavalar. Döküm dəmir tavalar, istiliyi mükəmməl saxlayır və bərabər paylayır. Bu tavalar həm sobada həm də qaz üzərində istifadə edilə bilər. Döküm dəmir tavalar uzun ömürlüdür və düzgün baxımla illər boyu istifadə edilə bilər. Onlar qızartma və bişirmə üçün idealdır.

3. Yapışmayan tavalar. Yapışmayan  tavalar təmizlənməsi asan və yağsız yemək hazırlamaq üçün əlverişlidir. Bu tavalar yumurta, balıq və digər yapışmağa meylli qidalar üçün idealdır. Teflon və keramika örtüklü modellər mövcuddur. Yapışmayan  tavaların ömrü digər materiallardan qısa ola bilər və yüksək istilikdə istifadə edilməməlidir.

4. Alüminium tavalar. Alüminium tavalar yüngül və istiliyi yaxşı paylayan tavalar kateqoriyasına aiddir. Bu tavalar adətən yapışmayan örtüklə təchiz olunur. Alüminium tavalar tez-tez istifadə üçün və yüngül yeməklər hazırlamaq üçün uyğundur. Ancaq bu tavalar metal qablar ilə istifadədə zərər görə bilər.

5. Mis tavalar. Mis tavalar istiliyi çox sürətlə və bərabər paylayır. Bu tavalar estetik baxımdan gözəldir və peşəkar aşpazlar tərəfindən tez-tez istifadə olunur. Mis tavalar xüsusi baxım tələb edir və düzgün təmizlənməlidir. Onlar qovurma və sous hazırlamaq üçün idealdır.

6. Keramika tavalar. Keramika tavalar yapışmayan xüsusiyyətləri ilə təbiətə daha az zərər verən variantdır. Bu tavalar yüksək istilikdə istifadə edilə bilər və təmizlənməsi asandır. Keramika tavalar sağlam yemək bişirmək üçün əlverişlidir, lakin uzunmüddətli istifadə üçün davamlılığı nəzərə alınmalıdır.

Mətbəxiniz üçün ən uyğun tava növü, istifadə məqsədinizə, şəxsi tələblərinizə və baxım imkanlarınıza bağlıdır. Əgər çox yönlü və davamlı bir tava istəyirsinizsə, paslanmayan polad və ya döküm dəmir tava seçə bilərsiniz. Əgər təmizlənməsi asan və yapışmayan səth istəyirsinizsə, yapışmayan və ya keramika tava sizin üçün uyğun olacaq. Peşəkar aşpazlar və xüsusi yeməklər üçün isə mis tavalar idealdır. Hər tava növünün öz üstünlükləri və istifadə sahələri var, buna görə də ehtiyaclarınıza uyğun olanı seçmək üçün bu məlumatları nəzərə almalısınız.

Tava modellərnin qiymətləri nə qədərdir?

Tava modellərinin qiymətləri geniş diapazonda dəyişir və müxtəlif tiplər üzrə fərqlənir. Aşağıda müxtəlif materiallardan hazırlanmış tavalara dair bəzi nümunələr və onların qiymət aralıqları təqdim olunur:

1. Paslanmayan polad tavalar. Uzun ömürlü, yüksək istilik davamlılığı, təmizlənməsi asan kimi taninırlar və qiymət diapozonu 50 - 400 azn arasında dəyişir. 

2. Döküm dəmir tavalar. Döküm dəmir tavalar istiliyi mükəmməl saxlayan və bərabər paylayan, uzun ömürlü və davamlı tava kategoriyasında aitdirlər və qiymət diapozonu 80 - 400 azn arasında dəyişir. 

3. Yapışmayan tavalar.  Yapışmayan tavalar qidaların yapışmasını əngəlləyən və təmizlənməsi asan olan xüsusi örtüklərə sahibdirlər və qiymət diapozonu 30 - 200 azn arasında dəyişir.

4. Alüminium tavalar. Alüminium tavalar yüngül, çevik və tez qızan tavalar olduqlarindan qiymət diapozonu 20 - 150 azn arasında dəyişir.

5. Mis tavalar. Mis tavalar yüksək istilik keçiriciliyi və bərabər istilik paylanması ilə tanınan estetik və funksional olduqlarında qiymətləri adətən 150 azndən başlayaraq qat qat baha ola bilər. 

6. Keramika tavalar. Keramika tavalar ekoloji təmiz materiallardan hazırlanan və yüksək istilik dözümlülüyü ilə tanınan yapışmayan səthli hesab edilir və qiymət diapozonu 40 - 300 azn arasında dəyişir.

Qeyd: Bu məlumat mətnin oxuma tarixinə əsasən öz dəqiqliyini itirmiş ola bilər. 

Hamısını göstər Daha az göstər
Şəxsi hesab
Şəxsi hesabın üstünlüklərindən yararlanmaq üçün daxil olmaq və ya qeydiyyatdan keçməyi tövsiyə edirik.

Hesab və ayarlar

Aylıq Ödəniş