*6060
Aylıq Ödəniş
--
svg-icon-cart
svg-icon-cross-3
Saxlama qabları
( 4 )
Filtrlər
svg-icon-cross
Qiymət
Brend
Rəng
svg-icon-minus-circle Saxlama qabı 1KSAKL0392093
Saxlama qabı 1KSAKL0392093
5,29 ₼1,99 ₼ 0% 6 ay
svg-icon-minus-circle Saxlama qabı 1KSAKL0391093
Saxlama qabı 1KSAKL0391093
4,99 ₼1,99 ₼ 0% 6 ay
svg-icon-minus-circle Saxlama qabı 1KSAKL0391094
Saxlama qabı 1KSAKL0391094
4,99 ₼1,99 ₼ 0% 6 ay
svg-icon-minus-circle Saxlama qabı 1KSAKL0392091
Saxlama qabı 1KSAKL0392091
5,69 ₼1,99 ₼ 0% 6 ay

Saxlama qabları: rahatlıq və səliqə bir arada 

Bəzən mətbəxdə ən böyük qarışıqlıq məhz soyuducudan başlayır. Yeməklər üçün yer tapmaq çətinləşir və bəzi ərzaqlar gözlədiyindən tez təravətini itirir. Belə hallarda saxlama qabları mətbəxdə əvəzolunmaz köməkçiyə çevrilir.  Saxlama qabları ərzaqların daha uzun müddət təzə qalmasına kömək edir və gündəlik mətbəx işlərini xeyli asanlaşdırır. Bəs hansı modellər bu rahatlığı daha yaxşı təmin edir?

 

Kiçik detal, böyük rahatlıq

Açıq paketlər, yarımçıq qalan yeməklər və düzgün bağlanmayan qablar həm yer tutur, həm də məhsulların keyfiyyətinə təsir edir. Keyfiyyətli hermetik qab isə bu problemi sadə şəkildə həll edir. Məhsullar daha uzun müddət təzə qalır. Soyuducuda nizam yaratmaq daha asan olur. Kənar qoxular bir-birinə qarışmır və qida israfı azalır. Yeməyi daşımaq daha rahat olur.

 

Material və xüsusiyyətlər 

Plastik konteyner gündəlik istifadə üçün ən rahat seçimlərdən biridir. Yüngüldür, rahat daşınır və işə yemək aparmaq üçün çox əlverişlidir.  Şüşə konteyner isə həm praktikliyi, həm də görünüşü bir araya gətirir. Soyuducudan çıxarıb birbaşa süfrəyə qoymaq mümkündür.

 

Paslanmaz polad qablar uzunömürlülük istəyənlər üçün yaxşı seçimdir. Onlar daha davamlıdır və aktiv istifadəyə uyğundur. Bir çox modellər həm soyuducu üçün, həm də mikrodalğalı uyğun istifadə imkanı verir. Sızdırmaz qapaq və hermetik bağlama sistemi isə qidaların təravətini daha uzun müddət qorumağa kömək edir. 

 

Yeməklər üçün praktik həll 

Səhər evdən çıxarkən yeməyi özünlə aparırsan? Onda food container və lüncbox modelləri gündəlik həyatını xeyli rahatlaşdıracaq. Bu qablar müxtəlif bölmələrə malik olur və yeməklərin bir-birinə qarışmasının qarşısını alır. Bəzi modellərdə vakuum qapaq texnologiyası da istifadə olunur. 

 

Düzgün seçim üçün məsləhətlər 

Qab seçərkən yalnız görünüşə baxmaq kifayət deyil. Bir neçə vacib məqama diqqət yetirmək lazımdır:

 

       • İstifadə məqsədini müəyyən et.

       • Material seçimini düzgün et.

       • Müxtəlif ölçülər arasından ehtiyacına uyğun variant seç.

       • Tək məhsul və ya dəst halında olan modellərə bax.

       • Qapağın bağlanma keyfiyyətini yoxla.

       • Qabyuyan maşın üçün uyğun (dishwasher safe) xüsusiyyətinin olub-olmamasını öyrən.

 

Qiymətləri və seçim imkanları 

Saxlama qabları qiymətləri seçdiyin materiala, həcmə, istehsalçı brendə və əlavə funksiyalara görə dəyişir. Keyfiyyətli konteyner axtarırsansa, Kontakt.az-da təqdim olunan Madame Coco, Ardesto, Brabantia və digər brendinin saxlama qablarına diqqət yetirə bilərsən. Qablar arasında ehtiyacına uyğun məhsulu seçmək, qiyməti müqayisə etmək və rahatlıqla almaq mümkündür. Üstəlik, Baku daxil olmaqla bütün Azerbaijan ərazisinə çatdırılma mövcuddur.

 

Nəticə

Mətbəxdə rahatlıq çox vaxt kiçik detallardan başlayır. Səliqəli təşkil olunmuş mətbəx gündəlik rahatlığın vacib hissəsidir. Düzgün seçilmiş saxlama qabi gündəlik istifadəni rahatlaşdırır, keyfiyyətli saxlama qablari isə mətbəxdə səliqəni qorumağa kömək edir. Əgər sən də mətbəxində daha çox rahatlıq istəyirsənsə, Kontakt.az-da təqdim olunan saxlama qablari ilə tanış ol və ehtiyacına uyğun variantı seçərək fərqi gündəlik istifadədə hiss et.

Hamısını göstər Daha az göstər svg-icon-dots-horizontal-2