Bu, ya satış nöqtələrimizdən heç birində daxili hissə-hissə ödəniş etmədiyinizə, ya da ödənişin başqa bir telefon nömrəsi ilə qeydiyyata alındığına işarə edir.
Xahiş edirik, doğrulama üçün alternativ bir telefon nömrəsi təqdim edin və ya SIMA vasitəsilə verifikasiyadan keçin. Bunları etdikdən sonra şəxsiyyətinizi təsdiqləyəcək və profilinizdəki məlumatları yeniləyə biləcəyik.
Əgər bu addımlar nəticə verməzsə, məlumatlarınızı dəqiqləşdirmək üçün *6060 nömrəsinə zəng edib, dəstək xidmətimizlə əlaqə saxlayın. Mütəxəssislərimiz sistemdəki məlumatları yoxlayaraq sizə lazım olan köməyi təmin edəcəklər.
Məişət texnikası cihazları haqqında! Məişət texnikası cihazlarının satışı ilə əsasən ailə qurmağa hazırlaşan cütlüklər və ya evini yeniləyən maraqlanırlar. Texnologiya inkişaf etdikcə məişət əşyaları da dəyişərək təkmilləşir və daha funksional olur. Buna görə də, bəzən onları yeniləmək lazım gəlir. Məişət texnikaları təkcə evlərdə yox, bir çox obyektdə istifadə olunur və insanların rahatlığını və sağlamlığını qorumaq funksiyası daşıyır. Hazırda insanların yaşayışını məişət texnikaları olmadan təsəvvür etmək mümkün deyil. Xüsusilə də mətbəx texnikası və havanın, suyun istilik və soyuqluq səviyyəsini nizamlayan texnikalarsız yaşayış öz komfortunu itirmiş hala gəlir. Kontakt Home mağazasında dünyaca məşhur qabaqcıl brendlərin məişət texnikası cihazlarının zəmanətli satışı həyata keçirilir. Mətbəx üçün texnika seçərkən, alacağınız cihazın hansı texnika olmasından asılı olmayaraq, ilk olaraq məhsulun hansı brendə məxsus olması, hazırlanma materialı və təbiiki keyfiyyəti olduqca önəmlidir. Siz də məişət texnikası almaq barəsində düşünürsünüzsə seçiminizi mağazalarımızdan edərək hər zaman keyfiyyətli məhsullara sahib ola bilərsiniz.