Seçilənləri sil
Filtr
Tətbiq et
Qiymət
İstehsalçı
Növ
Təsir sahəsi
Motorun növü
Səmərəlilik
Əsas rejimlər
Freon növü
Smartfon ilə idərəolunma(Wi-Fi)
Səs səviyyəsi (daxili blok)
Soyutma rejiminin gücü
Rəng
Enerjiistifade sinfi
Komplektasiya
Mühərrik növü
Kondisioner Gree GWH24AADXE-K3NNA2A/I
Kondisioner Gree GWH24AADXE-K3NNA2A/I
1.729,99 ₼1.499,99 ₼ 0% 12 ay
Növ: Split sistemi Əsas rejimlər: Soyutma, isitmə Enerjiistifade sinfi: A
Kondisioner HANN ASW-H18A4/FVR1
Kondisioner HANN ASW-H18A4/FVR1
1.159,99 ₼1.029,99 ₼ 0% 6 ay
Növ: Split sistemi Əsas rejimlər: Soyutma, isitmə Enerjiistifade sinfi: A
Kondisioner HANN ASW-H24A4/FVR1
Kondisioner HANN ASW-H24A4/FVR1
1.369,99 ₼1.229,99 ₼ 0% 6 ay
Növ: Split sistemi Əsas rejimlər: Soyutma, isitmə Enerjiistifade sinfi: A
Kondisioner HOFFMANN  MAAC-12/FL
Kondisioner HOFFMANN MAAC-12/FL
799,99 ₼649,99 ₼ 0% 18 ay
Növ: Portativ Əsas rejimlər: Soyutma Enerjiistifade sinfi: A
Kondisioner HOFFMANN BOWAC-09/XA31P
Kondisioner HOFFMANN BOWAC-09/XA31P
899,99 ₼749,99 ₼ 0% 18 ay
Növ: Split sistemi Əsas rejimlər: Soyutma, isitmə Enerjiistifade sinfi: Məlumat yoxdur
Kondisioner HOFFMANN BOWAC-18/XA31P
Kondisioner HOFFMANN BOWAC-18/XA31P
1.399,99 ₼1.099,99 ₼ 0% 18 ay
Növ: Split sistemi Əsas rejimlər: Soyutma, isitmə Enerjiistifade sinfi: Məlumat yoxdur
Kondisioner HOFFMANN SOAC-09/XA81P
Kondisioner HOFFMANN SOAC-09/XA81P
639,99 ₼499,99 ₼ 0% 6 ay
Növ: Split sistemi Əsas rejimlər: Soyutma, isitmə Enerjiistifade sinfi: Məlumat yoxdur
Kondisioner HOFFMANN SOAC-18/XA81P
Kondisioner HOFFMANN SOAC-18/XA81P
999,99 ₼829,99 ₼ 0% 18 ay
Növ: Split sistemi Əsas rejimlər: Soyutma, isitmə Enerjiistifade sinfi: Məlumat yoxdur
Kondisioner HOFFMANN SOAC-24/XA81P
Kondisioner HOFFMANN SOAC-24/XA81P
1.299,99 ₼999,99 ₼ 0% 18 ay
Növ: Split sistemi Əsas rejimlər: Soyutma, isitmə Enerjiistifade sinfi: Məlumat yoxdur
Kondisioner HOFFMANN WIWAC-18/XA91P
Kondisioner HOFFMANN WIWAC-18/XA91P
1.599,99 ₼1.299,99 ₼ 0% 12 ay
Növ: Split sistemi Əsas rejimlər: Soyutma, isitmə Enerjiistifade sinfi: Məlumat yoxdur
Kondisioner HOFFMANN WIWAC-24/XA91P
Kondisioner HOFFMANN WIWAC-24/XA91P
1.849,99 ₼1.569,99 ₼ 0% 12 ay
Növ: Split sistemi Əsas rejimlər: Soyutma, isitmə Enerjiistifade sinfi: Məlumat yoxdur
Kondisioner LG A18CMH.NGGFB
Kondisioner LG A18CMH.NGGFB
2.599,99 ₼1.899,99 ₼ 0% 12 ay
Növ: Split sistemi Əsas rejimlər: Soyutma, isitmə Enerjiistifade sinfi: A
Kondisioner LG A24CMH.NGGFB
Kondisioner LG A24CMH.NGGFB
2.849,99 ₼2.149,99 ₼ 0% 12 ay
Növ: Split sistemi Əsas rejimlər: Soyutma, isitmə Enerjiistifade sinfi: A
Kondisioner LG I18CGH
Kondisioner LG I18CGH
1.999,99 ₼1.599,99 ₼ 0% 6 ay
Növ: Split sistemi Əsas rejimlər: Soyutma, isitmə Enerjiistifade sinfi: A
Kondisioner LG LSN363HLV3.AK3GEUS
Kondisioner LG LSN363HLV3.AK3GEUS
4.299,99 ₼3.899,99 ₼ 0% 12 ay
Növ: Split sistemi Əsas rejimlər: Soyutma, isitmə Enerjiistifade sinfi: A
Kondisioner Midea AF-09N8D0
Kondisioner Midea AF-09N8D0
1.099,99 ₼899,99 ₼ 0% 12 ay
Növ: Split sistemi Əsas rejimlər: Soyutma, isitmə Enerjiistifade sinfi: A++
Kondisioner Midea AF-12N8D0
Kondisioner Midea AF-12N8D0
1.249,99 ₼1.059,99 ₼ 0% 6 ay
Növ: Split sistemi Əsas rejimlər: Soyutma, isitmə Enerjiistifade sinfi: A++
Kondisioner Midea AG-12N8D1
Kondisioner Midea AG-12N8D1
1.449,99 ₼1.149,99 ₼ 0% 12 ay
Növ: Split sistemi Əsas rejimlər: Məlumat yoxdur Enerjiistifade sinfi: Məlumat yoxdur
Kondisioner Midea MSAG-09HRN1
Kondisioner Midea MSAG-09HRN1
899,99 ₼699,99 ₼ 0% 6 ay
Növ: Split sistemi Əsas rejimlər: Soyutma, isitmə Enerjiistifade sinfi: A
Kondisioner Midea MSAG-18HRN1
Kondisioner Midea MSAG-18HRN1
1.399,99 ₼1.139,99 ₼ 0% 18 ay
Növ: Split sistemi Əsas rejimlər: Soyutma, isitmə Enerjiistifade sinfi: A

Yüksək keyfiyyətli kondisionerlərini istehsalçıları olan AUX, Alarko, Beko, Biryusa, Bosch, Daikin, Gree, HANN, Hisense, Hoffmann, Lg, Midea, Mitsubishi, Panasonic, Riffel, Samsung, Sharp, TCL, Toshiba kimi brendlər Kontakt Home mağazalarında sizə  təqdim edirik. Kondisionerlər evinizdə, ofisinizdə və ya hər hansı bir digər məkənda istədiyiniz atmosferi təmin etmək üçün əvəzsiz cihazlardır. Kontakt.az saytının öz istifadəcilərinə təqdim etdiyi kondisionerlər özündə qabaqcıl texnologiyanı, etibarlığı və gözoxşayan dizaynı birləşdirir. Kontakt Home öz alıçılarna müxtəlif otaq ölçülərinə və fərdi ehtiyaclarına uyğun geniş çeşiddə kondisioner modelləri təklif edir. Kondisionerlərin satışını Kontak Home mağazalarından və ya saytımızdan əldə edə bilərsiniz.

Kondisioner nədir?

Kondisioner, içəri mühitin hava şəraitini idarə etmək üçün istifadə olunan cihazdır. Bu cihaz, otağın temperaturunu salmaq, havadaki rütubəti və havanının dərəcəsini təmizləmək üçün istifadə olunur. Kondisionerlər, isti hava ilə mübarizə aparmaq və daha rahat bir yaşayış şəraiti yaratmaq üçün yay aylarında xüsusilə faydalıdır. İstilik rejimi olan modellər isə, soyuq hava da istifadə olunur. Kondisionerlər evlərdə, iş yerlərində, avtomobillərdə və digər yaşayış sahələrində geniş istifadə olunur. Bütün iqlim sistemləri xüsusi təyinatına görə üç növə bölünür - məişət, yarımsənaye və sənaye sistemləri. Sabit rejimdə yüksək gücdə fasiləsiz işləməyi təmin etmək üçün iri obyektlərdə sənaye iqlim sistemləri quraşdırılır. Məişət və yarı sənaye məqsədləri üçün kiçik və orta ölçülü kondisionerlər  mənzillərdə, bağ evlərində və ofis binalarında istifadə olunur və öz növbəsində bir neçə növə bölünür: Divar split sistemləri, mobil kondisionerlər, kanal kondisionerləri, kasetli kondisionerlər, döşəmə-tavan kondisionerləri, kolon kondisionerləri.

Split sistemlərinə hal-hazırda böyük tələbat var. Bu da onların kiçik yerlərdə - mənzillərdə, bağ evlərində, ofislərdə quraşdırmaq üçün nəzərdə tutulması ilə əlaqədardır. Split sistemlər quraşdırılmasının asanlığı, optimal qiyməti, daxili blokların müxtəlif dizaynı ilə seçilir. 

Kondisioner alarkən nələrə diqqət etməliyik? 

Kondisioner alarkən diqqət etməli olduğunuz bir neçə önəmli məqam var:

1.Güc və məkan: Alacağınız kondisionerin gücü (BTU və ya kVt ilə ölçülür) otağın ölçüsünə uyğun olmalıdır. Çox güclü kondisioner enerji israfına səbəb ola bilər, çox zəif kondisioner isə otağı lazımi dərəcədə soyutmayacaq.

2. Enerji səmərəliliyi: Enerji səmərəliliyi reytinqi yüksək olan modelləri seçmək uzun müddətli enerji xərclərini azaltmağa kömək edəcək. Enerji səmərəli kondisionerlər daha baha ola bilər, amma enerji xərclərində qənaət etməyə imkan verir.

3. Səs səviyyəsi: Kondisionerin çıxardığı səs səviyyəsinə diqqət edin. Yataq otağı və ya iş yeriniz üçün kondisioner alırsınızsa, daha səssiz modelləri seçmək məqsədəuyğun olardı.

4.Funksiyalar və xüsusiyyətlər: Bu gün iqlim bazarında təqdim olunan çoxsaylı kondisioner modelləri müxtəlif xüsusiyyətlərə malikdir. Məsələn, havanın avtomatik təmizlənməsi, havanın filtrasiya sistemi, rütubətin çıxarılması, istilik rejimi və digər funksiyalar. Kondisioner alarkən bu funksiyaların sizin ehtiyaclarınıza nə dərəcədə uyğun gəldiyini nəzərə almanız məsləhət görünür. 

5. Quraşdırma və texniki dəstək: Kondisionerin quraşdırılması və onlara mütəmadi texniki baxışın edilməsi çox vacibdir. Kondisioneri alarkən quraşdırma xidməti təklif edən və yerli texniki dəstəklə təmin edən satıcıları seçmək sizə faydalı ola bilər. 

6. Qiymət: Qiymətləri müqayisə edin və bütcənizə uyğun olan modeli seçin. Ucuz modellər ilk baxışdan cəlbedici görünə bilər, lakın uzun müddətli istifadə zamanı enerji sərfiyyatı nəzərə alındıqda daha baha modellər qanayət üçün daha yaxşı seçim ola bilər.

Bu amilləri nəzərə alaraq, sizin ehtiyaclarınıza və bütçənizə uyğun kondisioner seçimi edə bilərsiniz.

Kondisionerlərdə BTU nə deməkdir? 

BTU, yəni "British Thermal Unit" (Britaniya İstilik Vahidi), istilik miqdarını ölçmək üçün istifadə olunan bir vahiddir.  Kondisioner seçərkən BTU dəyəri çox vacibdir. BTU cihazın hava soyutma qabiliyyətinin gücünü göstərir. Böyük bir otaq üçün daha çox hava soyudulması lazım olduqna görə daha yüksək BTU dəyərinə malik bir kondisioner lazımdır. Və əksinə, kiçik bir otaq üçün çox yüksək BTU dəyərinə malik kondisioner enerji sərfiyyatını artıracaq və effektiv olmayacaq. Adətən, BTU dəyərləri otağın kvadrat metrəsinə əsaslanaraq hesablanır. Məsələn, təxminən 14 kvadrat metr bir otaq üçün təxminən 5000 BTU, təxminən 28 kvadrat metr otaq üçün isə təxminən 7000 BTU dəyərinə ehtiyac olacaq.

Sadə motorlu və invertor motorlu kondisionerlər arasında hansı fərqlər var? 


Kondisionerlərdə istifadə olunan iki əsas motor növü - sadə (standart) motorlar və invertor motorlardır. Bu iki tip arasındakı əsas fərqlər onların enerji səmərəliliyi, iş rejimi və qiymətləndirmədədir.

1. Enerji səmərəliliyi:

İnvertor motorlu kondisionerlər: İnvertor texnologiyası, motorun gücünü tələbatə görə tənzimləyərək enerji səmərəliliyini artırır. Bu cihazlar istənilən temperaturu dəqiq saxlamaq üçün kompressorun sürətini artırıb azalda bilir, bu da enerji istifadəsini azaldır və daha səssiz işləməyə imkan verir.

Sadə motorlu kondisionerlər: Sadə motorlar, istənilən temperaturu saxlamaq üçün kompressorun tam gücü ilə işləməsinə əsaslanır. Bu motorlar ya tam güc ilə işləyir, ya da tamamilə dayanır. Nəticədə, enerji sərfiyyatı daha yüksək olur və temperaturu məkənda stabil saxlamaq münkün olmur.

2. İş rejimi və səs səviyyəsi:

Invertor motorlu kondisionerlər: Daha səssiz işləyir və temperaturu daha sabit saxlayır, çünki kompressor davamlı olaraq, dəyişən sürətlərdə işləyir. Bu, otaq temperaturunun daha dəqiq nəzarət edilməsini təmin edir.

Sadə motorlu kondisionerlər: İşləyərkən daha çox səs çıxarır, çünki kompressor ya tam gücü ilə işləyir, ya da dayanır. Bu durum, otaq temperaturunda dalğalanmalara səbəb olur və bu dalğalanmalar bəzi istifadəçilər üçün narahat edici ola bilər.

3. Qiymət:

Invertor motorlu kondisionerlər: İlk baxışdan qiyməti adətən sadə motorlu kondisionerlərdən daha yüksəkdir, lakin uzun müddət istifadə zamanı enerjinin qənaəti sayəsində invertor motorlu kondisioner öz qiymətinə haqq qazandırır.

Sadə motorlu kondisionerlər: Daha ucuzdur, amma enerji sərfiyyatının yüksək olması ilə əlaqədar olaraq uzun müddətli işlədikdə ona görə ödəyəcəyiniz kommunal xərclər çox ola bilər.

Nəticə olaraq, invertor motorlu kondisionerlər, enerji səmərəliliyi və iş rejimi baxımından daha üstündür, lakin ilk baxışda daha baha ola bilər. Sadə motorlu modellər isə  ilk baxışda qiyməti daha aşağı olsa da, işlətdikdə ona görə sərf olunan xərclər baxımından daha çox maliyyə tələb edir.

Kondisionerlərin qiymətləri nə qədərdir? 

Kondisionerlərin qiymətləri müxtəlif amillərə görə dəyişir, o cümlədən brend, model, güc (BTU), xüsusiyyətlər və satış nöqtəsi. Kontakt Home da kondisioner qiymətləri aşağıdakı növlərə əsaslanaraq müxtəlif ola bilər:

1. Ekonomik modellər: Daha sadə və aşağı BTU dəyərinə malik kondisionerlər adətən 300 AZN-dən başlayaraq 600 AZN arasında qiymətləndirilir. Bu modellər əsasən kiçik otaqlar üçün uyğundur və ən əsas funksiyaları təmin edir.

2. Orta səviyyəli modellər: Orta səviyyəli modellər daha yaxşı enerji səmərəliliyi və əlavə funksiyalar təklif edir. Qiymətləri adətən 600 AZN-dən 1000 AZN-ə qədər dəyişir. Bu qiymət aralığındakı kondisionerlər daha böyük otaqlar üçün münasibdir və invertor kimi texnologiyaları ola bilər.

3. Yüksək səviyyəli modellər: İnvertor texnologiyası, qabaqcıl hava təmizləmə sistemləri, yüksək BTU dəyərləri və digər qabaqcıl xüsusiyyətləri olan modellər 1000 AZN-dən başlayaraq daha yüksək qiymətlərə malikdir. Bu modellər, geniş məkanlar və mürəkkəb istifadə tələbləri üçün ən uyğun seçimdir.


Həmişə ən yaxşı təklifi tapmaq üçün Kontakt Home mağazalarna müraciyyət etməyiniz məsləhət görülür. Eyni zamanda, nəzərnizə çatdırmaq istərdik ki, quraşdırma və texniki dəstək də Konntak Home da qiymətə daxildir.  Siz istədiyniz, sizə uygun olan modeli Kontakt Home mağazamızdan və ya Kontakt.az saytından onlayn sifariş edə bilərsiz. Ödənişi çatdırılma zamanı qapıda etmək də mümkündür. Kontakt Home dan kondisioner alarkən 18 ayadək rahat faizsiz kredit xidmətindən də istifadə edə bilərsiniz.

 

Hamısını göstər Daha az göstər
Şəxsi hesab
Şəxsi hesabın üstünlüklərindən yararlanmaq üçün daxil olmaq və ya qeydiyyatdan keçməyi tövsiyə edirik.

Hesab və ayarlar

Aylıq Ödəniş