Hesaba giriş və Qeydiyyat
Şəxsi hesaba keçmək
Hava təmizləyicilər və nəmləndiricilər
Hava nəmləndiricisi nə üçün gərəklidir?
Hava nəmləndiricisi bizə otaqlarımızın havasının nəm balansını qorumağa imkan yaradır. Havadakı nəm normadan artıq olduqda, otaqda kiflənmə və pis qoxu yarana bilər. Nəmin səviyyəsinin az olması da eyni zamanda zərərlidir. Xüsusilə körpə uşaqların sağlamlığı üçün buna diqqət etmək lazımdır. Əgər ailənizin və yaxınlarınızın sağlamlığı üçün hava nəmləndiricisi almaq barəsində düşünürsünüzsə, ilk öncə bu cihazın hansı funksiyaları olduğuna nəzər salaq. İlk olaraq havadaki nəm miqdarını tənzimləyən bu cihazlar, həmçinin havadaki bakteriyaların da böyük bir qismini məhv edir. Bu isə gələcəkdə yarana biləcək astma və bronxit xəstəliklərinin qarşısını alır. Həmçinin evinizin interyerinə də olduqca uyğun görünüşə malik hava nəmləndiricisi modelləri, səssiz işləmələri ilə körpələrin yuxusuna da maneə yaratmır.