Gaming Mouse HyperX Pulsefire Haste 2 Core Black
Gaming Mouse HyperX Pulsefire Haste 2 Core Black
Xüsusiyyətlər
Uyğunsuzluq aşkar etmisən?Ətraflı məlumat
Təsvir
Məhsul təsviri - Gaming Mouse HyperX Pulsefire Haste 2 Core Wireless (Black)
HyperX Pulsefire Haste 2 Core Wireless Black gaming mouse oyun və gündəlik kompüter istifadəsi üçün nəzərdə tutulub. Simsiz bağlantısı hərəkət sərbəstliyi yaradır, yüksək həssaslıqlı sensoru isə oyun və iş zamanı dəqiq idarəetməyə imkan verir.
Simsiz bağlantı və rahat istifadə
HyperX Pulsefire Haste 2 Core Wireless USB qəbuledici və Bluetooth vasitəsilə qoşulur. İki bağlantı üsulundan ehtiyacına uyğun olanı seçib mouse-u müxtəlif cihazlarla istifadə edə bilərsən.
Yığcam ölçüləri uzunmüddətli istifadə zamanı mouse-u rahat idarə etməyə imkan verir. Qara rəngli korpusu isə oyun və iş sahəsinə asanlıqla uyğunlaşır.
Dəqiq idarəetmə
HyperX Pulsefire Haste 2 Core Wireless 6 düyməyə malikdir. Düymələrdən istifadə edib oyun və gündəlik iş zamanı müxtəlif əmrləri rahat yerinə yetirə bilərsən.
12000 DPI həssaslığa malik optik sensor kursorun hərəkətlərə dəqiq və sürətli reaksiya verməsinə kömək edir. Həssaslığı oyun və ya iş tərzinə uyğun sazlayıb özünə rahat idarəetmə səviyyəsini seçə bilərsən.
Əsas xüsusiyyətlər
- 12000 DPI optik sensor
- 6 düymə
- USB qəbuledici və Bluetooth bağlantısı
- Windows, PS4 və Xbox ilə uyğunluq
Modelə 12 ay zəmanət verilir. HyperX Pulsefire Haste 2 Core Wireless Black gaming mouse-u Kontakt.az internet mağazasından sifariş edə bilərsən.
Rəylər
Batareyası məni təəccübləndirdi. Bir neçə həftədir istifadə edirəm, hələ də tez-tez şarj etmək lazım olmayıb. Simsiz bağlantısı stabildir
Bu büdcədə ən uğurlu seçimlərdən biridir
Men əsasən Valorant oynayıram. Bu mouse ilə nişan almaq daha rahat oldu. Çəkisi az olduğu üçün flick etmək asandır









