Keyfiyyətli farş və sürətli nəticə
Sərt və çətin emal edilən ətdən belə keyfiyyətli farş əldə etmək istəyirsiniz? Güclü və etibarlı mühərrik sayəsində inqrediyentlər sürətli və bərabər xırdalanacaq. Bu o deməkdir ki, siz digər yeməklərin hazırlanması üçün vaxta qənaət edəcəksiniz.
Tapşırıqları qısa müddət ərzində yerinə yetirir
Bəzən çoxlu əti qısa müddət ərzində emal etmək lazımdır. Bosch ətçəkən maşını ətdən farşın hazırlanmasında bir peşəkardır. Güclü mühərrik sayəsində o sürətli və etibarlı şəkildə işləyir.
Bir düymə vasitəsilə ilişən ət damarlarını aradan qaldırır
Sərt ətin və ya ərzaqların emalı zamanı ət damarları ətçəkəndə ilişə bilər. Bu zaman revers funksiyası köməyinizə çatacaq. Şnek əks istiqamətdə hərəkət edərək ilişən ət tikələrini və damarları aradan qaldırır. Bu funksiyasının köməkliyi ilə ətçəkən qısa müddət ərzində yenidən istifadə üçün hazır olacaq.
https://youtu.be/AoAoWjuTBwg
Təzə ərzaqlardan hazırlanmış ləzzətli kolbasa
Ev şəraitində hazırlanmış kolbasanın üstünlüyü onun mağazada əldə edilən kolbasadan daha dadlı və faydalı olmasıdır. Siz onu individual reseptinizlə mal və ya toyuq ətindən hazırlaya bilərsiniz. Qonaqlarınızı ləzzətli qəlyanaltı ilə sevindirin.
Zövqünüzə görə içlikli milli ət yeməkləri
Vaxtınız məhdud olsa belə iştahaçan içlikli ət kolbasları hazırlaya biləcəksiniz. Xüsusi başlıq vasitəsilə farşdan içi boş kosbaslar hazırlamaq olar. Sizə onların içini doldurub tavada qızartmaq və ya sobada bişirmək qalır.
Farş üçün metal torlar
Etibar edə biləcəyiniz keyfiyyət. Paslanmayan polad möhkəmliyi, hamar səthi, neytral dadı ilə seçilir və asan təmizlənir. Bu xüsusiyyətlər sayəsində bu material ətçəkən maşınının torları üçün idealdır.
Təhlükəsiz iş üçün sabit quruluş
Masa üzərində sabit durmayan ətçəkən təhlükəli ola bilər. Rezinləşdirilmiş ayaqlar və düşünülmüş quruluşu sayəsində ətçəkən masanın üzərində etibarlı şəkildə durur və istifadə zamanı təhlükəsizliyinizi təmin edir.
Yüksək keyfiyyət alman standartlarına cavab verir
Böyük çəkidə ətin emalı zamanı yüksək məhsuldarlığı təmin etmək üçün keyfiyyətli ətçəkən əldə etməlisiniz. Bu model Bosch brendinin yüksək alman keyfiyyətinə cavab verir. Bu, cihazın davamlılığına və etibarlılığına zəmanət verir.
Yüksək məhsuldarlıq
Güclü mühərriki və mürəkkəb erqonomikası sayəsində ProPower ətçəkəni dəqiqədə 2.7 kq qədər əti farşa çevirir.
Daşınması üçün rahat tutacaq
Cihazın tutacağı onun lazım olan yerə daşınmasını asanlaşdırır. Onun köməkliyi ilə siz bir əllə ətçəkənın yerini dəyişdirə biləcəksiniz.