Klassik, zərif dizayn və yüksək keyfiyyətin birləşməsi
Divara quraşdırılan aspirator Gorenje DK63MCLI Classico xəttinə məxsusdur. Bu model ən yüksək keyfiyyət standartlarına uyğun hazırlanmışdır və mətbəxinizi bəzəyərək ona tərz və rahatlıq bəxş edir. Korpus metaldan düzəldilmişdir və fil sümüyü rəngindədir. İşdə praktik olaraq səssiz olan bu cihaz istifadədə sadə və rahatdır, eləcə də sizi yemək hazırlayarkən xoşagəlməz qoxulardan asanlıqla azad edəcəkdir. Havanın təkrar dövriyyəsi
Bu sistemin sayəsində aspirator məkandakı atmosferi hətta, küçəyə və yaxud havalandırma şaxtasına çıxışın mövcud olmadığı halda belə təmizləyir. Tüstü və qoxu ilə hopmuş hava kömür filtrinin içərisindən keçir ki, o da havanı çirklənmədən təmizləyir və bundan sonra hava geri mətbəxə qayıdır. İşin maksimum səmərəliliyi
Cihaz 4 sürətlə və innovasiyalı perimetrik ventilyasiya sistemi ilə təchiz olunmuşdur. Onun başlıca üstünlüyü bundan ibarətdir ki, havanın udulması zonası buxarı borusunun təkcə mərkəzində deyil, eləcə də kənarlarındadır. Bu, mühərrikə olan təzyiqi azaldır və iş qabiliyyətini normallaşdırır. Aspirator, həmçinin, halogen lampalarla təchiz olunmuşdur ki, bunlar da işçi səthini aydın şəkildə işıqlandırır. Aqreqat enerji baxımından səmərəlidir və çox elektrik enerjisi sərf etmir.