*6060
Aylıq Ödəniş
--
svg-icon-cart
svg-icon-cross-3
Qazan dəsti
( 7 )
Filtrlər
svg-icon-cross
Qiymət
Brend
Tutacaqların materialı
Uyğun bişirmə səthi
Daxili örtük
Dəstdə əşya sayı
Xüsusiyyətlər
Diametr
Qapağın materialı
svg-icon-minus-circle Qazan dəsti Korkmaz Astra 9 parça A2050
Qazan dəsti Korkmaz Astra 9 parça A2050
749,99 ₼449,99 ₼ 0% 18 ay
svg-icon-minus-circle Qazan dəsti Korkmaz Pratika 8 parça A2800
Qazan dəsti Korkmaz Pratika 8 parça A2800
749,99 ₼449,99 ₼ 0% 12 ay
svg-icon-minus-circle Qazan dəsti Korkmaz Doria 7 parça A2960
Qazan dəsti Korkmaz Doria 7 parça A2960
599,99 ₼329,99 ₼ 0% 12 ay
svg-icon-minus-circle Qazan dəsti Korkmaz Erna 8 parça Gold A1963-2
Qazan dəsti Korkmaz Erna 8 parça Gold A1963-2
579,99 ₼439,99 ₼ 0% 12 ay
svg-icon-minus-circle Qazan dəsti Korkmaz Erna 8 parça Inox A1963-1
Qazan dəsti Korkmaz Erna 8 parça Inox A1963-1
539,99 ₼409,99 ₼ 0% 12 ay
svg-icon-minus-circle Qazan dəsti Korkmaz Proline 8 Parça Rosa Gold A1149
Qazan dəsti Korkmaz Proline 8 Parça Rosa Gold A1149
729,99 ₼549,99 ₼ 0% 12 ay
svg-icon-minus-circle Qazan dəsti Korkmaz 11 parça A1641
Qazan dəsti Korkmaz 11 parça A1641
699,99 ₼529,99 ₼ 0% 12 ay

Qazan dəstləri: mətbəxdə işini asanlaşdıran seçim 

Yemək hazırlayanda bir qazanla hər işi görməyə çalışmısansa, bunun nə qədər narahat olduğunu yaxşı bilirsən. Məhz buna görə qazan destleri mətbəxdə ən praktik köməkçilərdən biri hesab olunur. Müxtəlif ölçülü qazanların bir dəstdə təqdim olunması həm işini asanlaşdırır, həm də yemək hazırlama prosesini daha rahat edir. Bu məqalədə qazan desti seçərkən hansı məqamlara diqqət etməli olduğunu, materialların fərqini və gündəlik istifadə üçün hansı modellərin daha uyğun olduğunu öyrənəcəksən.

 

Hər yeməyə uyğun qazan

Bəzən kiçik bir yemək hazırlamaq üçün böyük qazandan istifadə etməli olursan. Bəzən isə əksinə, hazırladığın yemək qazana sığmır. Dəst şəklində təqdim olunan modellərin üstünlüyü də məhz burada ortaya çıxır.

 

Müxtəlif ölçülərə malik qazanlar gündəlik yeməklərdən tutmuş böyük ailə süfrələrinə qədər fərqli ehtiyacları qarşılayır. Səhər yeməyi üçün kiçik ölçü, gündəlik nahar üçün orta həcm, qonaq qəbulunda isə böyük qazan əl altında olur.

 

Material və keyfiyyəti

Modellərdə fərq istifadə etdikcə ortaya çıxır. Məsələn, paslanmayan polad materialı davamlılığı ilə seçilir. Həmin qazanlar uzun müddət istifadə olunsa belə, öz görünüşünü qoruyur və gündəlik istifadəyə uyğun qalır.

 

Son illərdə daha çox seçilən modellərdən biri də qranit qazan destidir. Burada istifadə olunan qranit örtük və keyfiyyətli yapışmaz örtük yeməyin dibə yapışmasının qarşısını alır. Əgər mətbəxdə çox vaxt keçirirsənsə, material seçiminin nə qədər vacib olduğunu qısa müddətdə hiss edəcəksən.

 

5 hissəli, 7 hissəli və ya 10 hissəli dəst

Dəst seçərkən ən çox verilən suallardan biri hissələrin sayı ilə bağlı olur. Kiçik ailə üçün 5 hissəli dəst əksər hallarda kifayət edir. Daha çox yemək hazırlayırsansa və eyni anda bir neçə qazan istifadə edirsənsə, 7 hissəli dəst daha rahat ola bilər. Mətbəxdə daha geniş imkan istəyənlər üçün isə 10 hissəli dəst modelləri uyğun seçimdir. Belə dəstlərdə adətən fərqli ölçülü qazanlarla yanaşı əlavə hissələr də təqdim olunur.

 

İstifadəni rahatlaşdıran detallar

Qazan seçərkən insanların diqqət etmədiyi bəzi məqamlar sonradan daha vacib görünməyə başlayır. Məsələn, qapaqlı modellər istiliyin daha yaxşı saxlanmasına kömək edir. Şüşə qapaqlar isə yeməyin necə bişdiyini izləməyə imkan verir. Bir çox dəstdə tava daxil olur.

 

Bəzi modellərdə kovş daxil olması da gündəlik istifadə zamanı əlavə rahatlıq yaradır. Əgər induksiya ocağından istifadə edirsənsə, induktiv uyğun modellərə baxmaq da vacibdir. 

 

Hansı brendi seçməli

Qazan dəsti alanda həm keyfiyyətə, həm də brendə diqqət yetirmək lazımdır. Kontakt.az-da Ardesto, Bahar Home, BergHOFF, Canali, Deluca, Jumbo, Korkmaz, Ninja, Nipmar, Savelon, Schafer, TefalWMF brendlərinə məxsus müxtəlif qazan destleri təqdim olunur. 

 

Məsələn, Tefal qazan desti axtaranlar üçün fərqli komplektasiyaya malik modellər mövcuddur. Bəzi dəstlərdə tava daxil, bəzi modellərdə isə kovş daxil olur. Belə dəstlər həm öz mətbəxin üçün, həm də yeni ev quran yaxınların üçün praktik hədiyyə ola bilər. 

 

Qazan dəsti qiymətləri nədən asılıdır

Dəstdə istifadə olunan material və komplektasiya qiymətdə ciddi fərq yaradır. Məsələn, qranit qazan desti modelləri ilə standart variantların qiyməti eyni olmur. Həmçinin hissələrin sayı, örtük texnologiyası və istehsal keyfiyyəti də bu fərqə təsir göstərir.

 

Ümumilikdə qazan desti qiymetleri modelin xüsusiyyətlərinə görə dəyişir. Müxtəlif modellərin qiymətləri arasında fərq görməyinin əsas səbəbi də məhz budur. Əgər yeni qazan desti almaq istəyirsənsə, fərqli modelləri müqayisə etmək faydalıdır. Kontakt.az saytında təqdim olunan qazan modellərini rahat şəkildə onlayn sifariş edə bilərsən. Bundan əlavə, Baku daxil olmaqla bütün Azerbaijan üzrə  çatdırılma xidməti mövcuddur.

 

Nəticə

Bəzən mətbəxdə ən çox istifadə olunan əşyalar ən böyük fərqi yaradır. Qazan dəsti də məhz onlardan biridir. Hər gün istifadə edəcəyin bu məhsulu seçərkən materiala, ölçülərə və komplektasiyaya diqqət yetirmək sonradan daha rahat istifadə imkanı verir. Kataloqda təqdim olunan qazan dəstləri arasından sənə uyğun modeli seç və yemək hazırlama prosesini daha rahat təşkil et. 

Hamısını göstər Daha az göstər svg-icon-dots-horizontal-2