iPhone 11 128 GB qiyməti Kontakt.az saytında təqdim edilib. Smartfon sürətli Apple A13 Bionic çipinə sahibdir. Kameralar 12 mpx keyfiyyətindədir və siz 4K videolar yarada biləcəksiniz.
Klassik ağ rəngdə təqdim edilən iPhone-lara üstünlük verirsinizsə təqdim edilən model sizin üçündür. Dəbli görünüşə sahib smartfon sürətli interfeysi, böyük həcmli batareyası ilə seçilir. iPhone 11 Kontakt Home saytında ən çox əldə edilən smartfonlar siyahısındadır.
Görünüş
Apple smartfonunun gövdəsi premium kefiyyəti ilə seçilir. Hər iki panel möhkəmləndirilmiş şüşədən hazırlanıb. Yan çərçivənin materialı mat alüminiumdur. iPhone 11 əldə rahat yerləşir. Ekranı bir əllə asanlıqla sürüşdürə biləcəksiniz. 6.15 düymlü LCD ekran rəngləri parlaq ötürür. Nəticədə, görüntü təbii və detallı təsvir edilir. Displeyin üst hissəsində 12 meqapikselli ön kamera və FaceID skaneri yerləşdirilib. Təkmilləşdirilmiş skaner üz cizgilərinizi hətta zəif işıq şəraitində belə müəyyənləşdirib smartfonu sürətli blokdan çıxarır. Korpus IP68 qorunma dərəcəsinə sahibdir. Təsadüfən tökülən su və ya çay iPhone üçün qorxulu deyil. Ekranı təmiz saxlamaq üçün əziyyət çəkməyəcəksiniz, çünki cihaz oleofob örtüyə malikdir. Onun köməkliyi ilə barmaq izlərinin əmələ qəlməsinin qarşısı alınır.
Məhsuldarlıq
11-ci iPhone yüksək məhsuldarlığa sahibdir. Bunun səbəbi Apple A13 Bionic çipidir. Sözügedən çip cihazdakı bütün sistem proseslərini idarə edir. 4 GB operativ yaddaşla yanaşı prosessorlar görüntünün keyfiyyətini, kameraların işini, məlumatın ötürülməsini və qəbulunu, tətbiqlərin bir neçə dəqiqə ərzində işə salınmasını yerinə yetirir. Smartfondan aktiv istifadə etsəniz belə onun gövdəsi isinməyəcək. Ən əsası isə, cihazın enerjisi günün sonunadək kifayət edəcək. Çünki batareyanın həcmi 3110 mAh qədər artırılıb. Beləliklə, iPhone 11 ilə tamamlanmayan işləriniz qalmayacaq.
Kameralar
Apple smartfonları keyfiyyətli kameraları sayəsində sevilir. Arxa paneldə yerləşən blokun köməkliyi ilə peşəkar şəkillərin yaradılmasında sərhədsiz imkanlara sahibsiniz. Geniş bucaqlı və ultra geniş bucaqlı kameralar 12 meqapiksel keyfiyyətində şəkillər və 4K keyfiyyətində videolar yarada bilir. Stabilizasiya ilə təchiz edilən kamera siz hərəkət etsəniz belə detallı kadrlar çəkməyə qadirdir. 12 meqapikselli ön kamera ilə selfiləriniz daha aydın və parlaq olacaq.