Zəmanət Plyus şərtləri

Bu şərtlər toplusu (sonradan “Şərtlər Toplusu”) Müştəri tərəfindən alınmış malın istehsal qüsurları ilə bağlı təmiri və ya dəyişdirilməsi üzrə Müştəriyə (Kontakt Home mağazalar şəbəkəsindən mal alan şəxs) göstərilən aşağıdakı xidmətləri özündə ehtiva etdirir:

  1. ZƏMANƏT PLYUS sertifikatı istehsalçı tərəfindən verilmiş standart zəmanət müddəti bitdiyi andan qüvvəyə minir və həmin sertifikatda göstərilən müddət ərzində qüvvədədir. ZƏMANƏT PLYUS-dakı zəmanət müddəti bu sertifikatın qüvvəyə mindiyi anda aktivləşir.
  2. Müştəri malın diaqnostikası və təmirə yararlılığından asılı olaraq (a) ya istehsal xarakterli mümkün qüsurların (nasazlıqların) aradan qaldırılması və/və ya malın ehtiyat hissələrini dəyişdirilməsi, (b) bu mümkün olmadıqda isə qüsurlu malın yenisi ilə əvəz olunması hüququnu əldə edir;
  3. ZƏMANƏT PLYUS yalnız malın istehsal (zavod/fabrik) qüsurlarına tətbiq edilir, mexaniki zədələnmələr (istifadə nəticəsində yetirilən təsadüfi zədələnmələr də daxil olmaqla), istismar şərtlərinin pozulması nəticəsində yaranan nasazlıqlar (məs.: içərisinə mayenin düşməsi və s.), proqram təminatından bədniyyətli istifadənin nəticəsi olan nasazlıqlar (virus), açıq alovla təmas nəticəsində yaranan zədələnmələr və s. kimi hallara şamil olunmur;
  4. Hazırkı Şərtlər Toplusunda göstərilən şərtlər yalnız müştəri tərəfindən ZƏMANƏT PLYUS sertifikatını, şəxsiyyəti təsdiq edən sənəd, malın dəyərinin ödənilməsi haqqında sənədin orijinalı (əgər malın dəyərinin ödənilməsi hissə-hissə həyata keçirilirsə, o zaman bütün ödəniş sənədlərinin orijinallarını təqdim etmək zəruridir), mala dair istismar sənədləri (əgər belə sənədlər nəzərdə tutulmuşdursa) təqdim edilməklə həyata keçirilir;
  5. ZƏMANƏT PLYUS sertifikatında qeyd olunmuş eyniləşdirmə nömrəsi (seriya nömrəsi, yaxud İMEİ) ilə Müştərinin təqdim etdiyi malın eyniləşdirmə nömrəsi eyni olmalıdır;
  6. Bu ZƏMANƏT PLYUS uyğun olaraq təmir edilmiş və ya dəyişdirilmiş ehtiyat hissəsinə 30 (otuz) təqvim günü zəmanət müddəti verilir;
  7. ZƏMANƏT PLYUS malın komplektliliyinə və ləvazimatına tətbiq edilmir
  8. ZƏMANƏT PLYUS Kontakt Home-un razılığı olmadan üçüncü şəxslər (kənar servis, usta, mühəndis və s) tərəfindən müdaxilə edilən mallara tətbiq edilmir;
  9. ZƏMANƏT PLYUS ödəniş şərtləri tam və vaxtında yerinə yetirilməyən mallara tətbiq edilmir;
  10. Kontakt Home ZƏMANƏT PLYUS şərtlərinin icrasını müştərinin razılığı olmadan üçüncü şəxslərə həvalə edə bilər. Belə olan halda Kontakt Home üçüncü şəxslərin öhdəliklərinə görə müştəri qarşısında özü məsuliyyət daşıyır;
  11. Müştəri ZƏMANƏT PLYUS sertifikatını əldə etdiyi andan 14 (on dörd) təqvim günü ərzində ZƏMANƏT PLYUS xidmətindən istifadə etmədiyi halda, onun dəyərini geri tələb etməklə bu xidmətdən imtina etmək hüququna malikdir;
  12. Müştəri ZƏMANƏT PLYUS sertifikatının qüvvədə olduğu müddət ərzində onun şərtlərindən istifadə etməyibsə, bu zaman ona Kontakt Home mağazalarında istifadə etmək üçün ZƏMANƏT PLYUS-un qiymətinin 100%-i dəyərində endirim kuponu (bundan sonra “Endirim Kuponu”) veriləcək. Belə Endirim Kuponundan Müştəri yalnız yeni məhsul aldıqda istifadə edə bilər. Qeyd olunan Endirim Kuponu kredit ödənişinin edilməsi üçün istifadə edilə bilməz
  13. Müştəri malı təmir üçün təqdim etdikdə malın təmirə yararlı olub-olmaması qərarı yalnız Kontakt Home tərəfindən və həmin malın diaqnostikasından sonra verilir. Müştəri razılaşır ki, bu məsələnin həllində müştəri tərəfindən üçüncü şəxslərin cəlb edilməsi və onların qərarlarının rəhbər tutulması yolverilməzdir;
  14. Böyük məişət əşyaları və televizorlar (ölçüsü 40″-dən yuxarı olan) Müştərinin ünvanından Kontakt Home əməkdaşları tərəfindən götürülür;
  15. Müştəri malı diaqnostika və ya təmir üçün təqdim edərkən həmin cihazdakı məlumatları, faylları başqa daşıyıcıya köçürməyi öhdəsinə götürür. Əksi olan halda Kontakt Home cihazdakı həmin məlumatların, faylların itməsinə və ya məhv olmasına görə heç bir məsuliyyət daşımır;
  16. Təmir üçün mağazaya təqdim edilmiş mal təmir edildikdən və hazır olması barədə müştəriyə məlumat verildikdən sonra 30 (otuz) təqvim günü ərzində Müştəri tərəfindən təhvil alınmazsa, həmin mal Kontakt Home-un mülkiyyəti hesab olunur və onun tərəfindən üçüncü şəxslərə satıla və ya bağışlanıla bilər. Mal satıldıqda, onun satışından əldə olunan gəlirdən həmin malın təmirinə sərf olunan xərclər çıxıldıqdan sonra yerdə qalan məbləğ Müştərinin tələbi ilə ona qaytarılır.17.
  17. ZƏMANƏT PLYUS şərtləri üzrə malın təmiri 14 (on dörd) iş günü ərzində həyata keçirilir. Əks halda müştəriyə malın məbləğinin 100%-i dəyərində Endirim Kuponu verilir;
  1. Bu Şərtlər Toplusunun 12-ci bəndində göstərilmiş Endirim Kuponu əldə edildiyi gündən 30 (otuz) gün müddətində keçərlidir;
  2. ZƏMANƏT PLYUS sertifikatının satış qiyməti bütün mal növlərində eyni tarifdədir. Tarif aşağıdakı kimidir:
ZƏMANƏT PLYUS sertifikatının qüvvədə olma müddəti Rəqəmsal kateqoriyası:

(Malın dəyərinin faizi)

Məişət və Mebel kateqoriyası:

(Malın dəyərinin faizi)

1 il 6% 4%
2 il 10% 8%
3 il 14% 12%
  1. Mebel kateqoriyasından olan mallara əlavə olaraq aşağıda qeyd olunan şərtlər tətbiq edilir:
  • ZƏMANƏT PLYUS fövqəladə hallar (yanğın, su basma və s.) nəticəsində yaranan korlanmalara da şamil edilir;
  • Kimyəvi təmizləmə ZƏMANƏT PLYUS sertifikatının qüvvədə olduğu müddət ərzində hər il 1 dəfə ödənişsiz həyata keçirilir;
  • Malın ünvandan ünvana köçürülməsi ZƏMANƏT PLYUS sertifikatının qüvvədə olduğu müddət ərzində 1 dəfə ödənişsiz həyata keçirilir.

 

 

* Endirim Kuponu – rəqəm və hərflərin müəyyən edilmiş nümunəli vahid dəsti malın diaqnostikasını aparan Kontakt Home mağazası tərəfindən Müştəriyə təqdim edilir.

 

* Müştəri hazırkı Şərtlər Toplusu ilə ZƏMANƏT PLYUS sertifikatının üzərindəki QR kod ilə keçid etməklə və ya birbaşa daxil olmaqla www.kontakt.az saytında tanış ola bilər.