Yeni iPhone SE!

Apple yeni iPhone SE modelini təqdim etdi

Apple ikinci nəsil iPhone SE smartfonunu təqdim edib. Onun ölçüsü daha kiçik və qiyməti digər flaqman modellərinə nisbətən daha uyğundur. Buna baxmayaraq, Apple smartfonları arasında ən güclü prosessorla A13 Bionic-lə çalışacaq smartfon olacaq. Smartfonun yeni funksiyaları da diqqəti cəlb edir.

Yeni iPhone SE-də üç kamera yerinə bir kamera var və Face ID-ni Touch ID əvəzləyib. O, həmçinin “Ana səhifə” düyməsini də əvəz edir. iPhone SE-nin xarici görünüşü iPhone 7-yə bənzəyir.

Genişbucaqlı əsas kamerası 12 MP, selfie kamerası 5 MP-dir. İkinci bəsil iPhone SE iOS 13 əməliyyat sistemində çalışır. Simsiz enerjidoldurma funksiyasını dəstəkləyir.

Smartfon 3 rəngdə: ağ, qara və qırmızı (Product RED), həmçinin  64 / 128 / 256 GB yaddaş versiyalarında təqdim olunub.

Smartfon tezliklə Kontakt Home mağazalar şəbəkəsində satışa çıxarılacaq.