Yeni smartfon arzusundasınız? Xiaomi Redmi Note 11 4/128 GB Graphite Gray modelini təqdim edirik. Keyfiyyətli parametrlərə sahib olan bu model istifadəçiləri tərəfindən çox sevilir.
Görünüş və Ekran
Arxa panelin dəyirmiləşdirilmiş yanları və 179 qr çəkisi sayəsində cihaz əldə rahat yerləşir. Panelin materialı qara plastikdir. Smartfon 2 ədəd nanoSIM və 1 ədəd yaddaş kartı üçün girişlə təchiz edilib. Alt və üst hissələrdə yerləşən dinamiklər danışıq zamanı və musiqi dinləyərkən səsi güclü təsvir edir. Yaxınlaşma sensoru sayəsində danışıq zamanı ekran avtomatik sönür. Nəticədə, təsadüfən lazım olmayan düymələrə basmayacaqsınız.
Cihaz 90 Hz tezliyə sahib iri AMOLED ekranla təchiz edilib. Ekran həlli 1080 x 2400-dür. Bu da smartfonda film və ya istənilən videonun rahat izlənməsini mümkün edir. İnanılmaz dərəcədə parlaq rənglər mükəmməl baxış keyfiyyətini təqdim edir. Displey AlwaysOn rejimini dəstəkləyir.
Məhsuldarlıq və Avtonomluq
Redmi Note 11 yüksək məhsuldarlığı ilə seçilən Snapdragon 680 prosessor üzərində işləyir. Operativ yaddaş 4 GB, daxili yaddaş isə 128 GB-dır. Nəticədə, Asphalt 9 və Call of Duty kimi oyunları smartfonda asanlıqla oynamaq olar. Oyun zamanı ekran toxunuşlara sürətli cavab verir, görüntü donmur və yüksək detallığa sahibdir.
Ən əsası, sevdiyiniz oyunu oynamaq üçün telefonu nagil vasitəsilə elektrik yuvasına birləşdirməyə ehtiyac qalmır. Xiaomi Redmi Note 11 modeli 5000 mAh batareyaya sahibdir. Aktiv istifadədə belə onun enerjisi günün sonunadək kifayət edir. Telefon sürətli enerji yığmanı dəstəkləyir. 33 Vt adapter vasitəsilə cihazı cəmi 1 saat ərzində 100% qədər şarj etmək mümkündür.
Kameralar
Smartfonun üstünlüklərindən biri də güclü kameralardır. Note 11 modeli 50 mpx əsas, 8 mpx ultra geniş bucaqlı və 2 mpx makro kameraları ilə təchiz edilib. Əlavə olaraq 13 mpx selfi üçün kamera mövcüddür. Redmi Note 11-lə çəkilən şəkillər təbii rəngləri ilə seçilir. Kamera arxa fonda olan obyektləri maksimal olaraq əhatə edir. Videoların yaradılmasında da bu model mükəmməl nəticə təqdim edir. Stabilizasiya sayəsində görüntü sabitdir.
Beləliklə, büdcə dostlu və eyni zamanda keyfiyyətli parametrlərə sahib smartfon axtarırsınızsa Xiaomi Redmi Note 11 sizin üçün ideal seçim olacaq. Böyük yaddaşa, müasir prosessora və güclü kameralara sahib smartfonu saytımız vasitəsilə cəmi 1 klikə onlayn əldə edə bilərsiniz.