Kontakt Home telefonlar siyahısında ön yerləri tutan Xiaomi Redmi Note 11 modelini təqdim edir. Smartfon 5000 mAh batareya və güclü prosessora sahibdir.
Məhsuldar və keyfiyyətli kameralara sahib olan smartfon axtarırsınız? Redmi Note 11 xəyalınızdakı model ola bilər. Xiaomi brendi yeni telefonunu Snapdragon 680 prosessor, 50 mpx əsas kamera və 5000 mAh batareya ilə təchiz edib.
Dizayn və Ekran
Diqqət mərkəzində olmağı sevirsinizsə Xiaomi Redmi Note 11 modelinin Star Blue rəngi sizi heyran edəcək. Telefonun korpusu keyfiyyətli plastikdən hazırlanıb. Üst və alt hissədə yerləşən dinamiklər sayəsində güclü stereo səsdən zövq alacaqsınız. Smartfon barmaq izi skaneri ilə təchiz edilib. Cihazı tez blokdan çıxarda bilməyiniz üçün sensor yan hissədə yerləşən güc düyməsinin üzərinə quraşdırılıb.
6.43 düymlü AMOLED ekran parlaq rəng çalarlarına sahibdir. Displeyin aydınlığı ətrafınızdakı işıqlandırmaya uyğunlaşır. Cihazdan hətta gecə zamanı istifadə etdiyinizdə gözləriniz yorulmayacaq. Ekran tezliyi xəbər lentinizi sürətli sürüşdürə bilməyiniz üçün imkan yaradır. Nəticədə, görüntü donmur və bütün animasiyalar sürətli yüklənir.
Məhsuldarlıq və Enerji
Xiaomi öz smartfonunu Snapdragon 680 prosessor ilə təchiz edib. 4 GB operativ yaddaşla birlikdə prosessor butun əməliyyatların sürətli yerinə yetirilməsini təmin edir. Şəkillərinizin, mahnıların saxlanılması və lazım olan tətbiqlərin yüklənilməsi üçün telefon 64 GB yaddaşa sahibdir. Təqdim edilən həcm kifayət etməsə yaddaşı microSD kart vasitəsilə artırmaq olar.
Redmi Note 11-lə adapteri evdə yaddan çıxartmağa qorxmayacaqsınız. Cihaz 5000 mAh batareya ilə təchiz edilib. Bu da günün sonunadək oyun oynamaq, musiqiyə qulaq asmaq, mesaj göndərmək, sosial şəbəkələrinizi yoxlamaq üçün kifayət edir. 33 Vt adapter vasitəsilə cihazı 1 saat ərzində 100%-dək şarj edib istifadəyə davam edə bilərsiniz.
Kameralar
Note 11 modeli 50 mpx əsas, 8 mpx ultra geniş bucaqlı, 2 mpx makro kameraları və 2 mpx dərinlik sensoruna sahibdir. Əsas kamera rəngləri təbii ötürür. Nəticədə smartfonla yaradılan şəkillər reallığı ilə seçilir. Stabilizasiya sayəsində oynayan uşaqları, hərəkət edən nəqliyyatı asanlıqla çəkə biləcəksiniz.