Xiaomi Redmi Note 10 rəngləri ekrana tam və dolğun ötürülməsini təmin edən AMOLED displey ilə təchiz edilmişdir. Tutumu 5000 mAh olan batareya sayəsində smartfon əlavə enerji yığmadan uzun müddət istifadə edilə bilər. Enerji yığması isə çox sürətlidir – cəmi 1,5 saat ərzində tam olaraq bərpa edilir. Telefonun ön hissəsi şüşədəndir və Gorilla Glass 3 ilə qorunur, arxa korpus plastikdən hazırlanıb. Hamar korpus əlinizdə rahat yerləşir. Korpusun yan hissəsində barmaq izi skaneri mövcuddur. Smartfonda IP53 sudan və tozdan qorunma var. Redmi Note 10 üç rəngdə mövcuddur - ağ, qara və yaşıl. Dörd kameralı sistem, smartfona çoxyönlü şəkillər çəkməyə imkan verir. Makro şəkillər, təbiətin panorama şəkillərini çəkə bilərsiniz, bulanıq effektli fotoşəkillər yarada bilərsiniz. 48 meqapiksellik geniş bucaqlı kamera əsas məqamları yaddaşda saxlamağa kömək edir. Smartfonun gecə rejimi aydın və detallı şəkillər çəkməyə imkan verir. Redmi Note 10-da microSD kart girişi olduğu üçün telefonun yaddaşını daha da genişləndirmək mümkündür. Əlavə olaraq iki Nano Sim girişi mövcuddur. İş və şəxsi nömrəniz üçün istifadə edə bilərsiniz. Snapdragon 678 prosessoru Redmi Note 10 tətbiqetmələrinin cəld işə salınmasını və işləməsini təmin edir. Xiaomi Redmi Note 10 almaq üçün Kontakt Home filiallarına gəlməyiniz kifayətdir. Vaxtınız məhduddursa, smartfonu internet mağazamızdan cəmi bir klikə onlayn almaq mümkündür. Sifarişiniz evinizə pulsuz çatdırılır, alınan bütün məhsullara isə zəmanət təqdim edilir.