Top.Mail.Ru
*6060

Məhsul hazırda anbarda mövcud deyil

TM-DG-SBP-1105-SM-1270

Xiaomi Redmi 9A 2/32GB - GREEN

Xiaomi Redmi 9A 2/32 GB aşağı büdcəli smartfonlar siyahısına aid olsa belə, imkanları ilə sizi təəccübləndirə bilər. Təkrarolunmaz yaşıl rəngi sayəsində Redmi 9A ilə hər zaman diqqət mərkəzində olacaqsınız. Alıcılar tərəfindən cihaz sadə interfeysi və rahat idarəedilməsi ilə sevilir. Məhsulun korpusu parlaq plastikdən hazırlanıb. Korpusun üst hissəsində qulaqlıq üçün 3.5 mm-li giriş var. Alt hissədə mikrofon, dinamik və MicroUSB girişi mövcuddur. Arxa paneldə 13 meqapikselli əsas kamera və fləş yerləşir. Kamera vasitəsilə gün işığında mükəmməl kadrlar əldə edəcəksiniz. Həyatınızın hər bir anını bir toxunuşla yaddaşda saxlayın. Üstəlik cihazın 32 GB daxili yaddaşı bunun üçün imkan yaradır. Lakin, təqdim edilən həcm sizi qane etməsə microSD kart vasitəsilə əlavə yaddaş əldə edə bilərsiniz! Ən əsası isə, Redmi 9A iki NanoSIM istifadəsini dəstəkləyir. İş adamları üçün bu xüsusiyyət çox faydalı olacaq.

6.53" düymlü IPS LCD displey HD+ keyfiyyəti ilə sevindirir. İri ekran oyun oynamaq üçün idealdır. 720 x 1600 ekran həlli hətta detallı qrafikaya sahib oyunları dəstəkləyir və ekran donmur. Üst hissədə ön kamera üçün V-şəkilli kəsik var. Ön kamera 5 meqapiksellidir və qüsursuz selfilərin yaradılması üçün mükəmməl həll yoludur. Ekran toxunuşlara həssas sensora sahibdir, nəticədə smartfonu rahat və dəqiq idarə edəcəksiniz. Cihaz üz tanımanı dəstəkləyir. Beləliklə, məlumatlarınızın təhlükəsizliyi təmin edilir.

Smartfonun məhsuldarlığına 8 nüvəli MediaTek Helio G25 prosessoru cavabdehdir. Müasir prosessor və 2 GB operativ yaddaş telefonun sürətli işini təmin edir. Redmi 9A 5000 mAh həcmli batareyaya sahibdir. Büdcəli smartfon üçün bu əla göstəricidir. Gün ərzində zəng edə, messengerlərdən istifadə edə, videoya baxa, xəbər lentini oxuya, sosial şəbəkələrdə dostlarınızla ünsiyyətdə qala bilərsiniz. 10 Vt adapter vasitəsilə sərf edilən enerjini bərpa etmək üçün çox vaxt sərf etməyəcəksiniz.

Xiaomi Redmi 9A smartfonunun qiymətini Kontakt.az onlayn mağazamızda digər Xiaomi modelləri ilə müqayisə edə bilərsiniz. Smartfonu onlayn cəmi 1 klikə sifariş etmək olar. Kuryerlərimiz qısa müddətdə sifarişi qapınıza kimi çatdıracaq.

\