Top.Mail.Ru
Kontaktda sevinc cərəyanı! 18 iyunadək hissəli alışda 24 ayadək faizsiz təkliflər, nağd alışda -50%-dək endirimlər!
*6060

Məhsul hazırda anbarda mövcud deyil

TM-DG-SBP-1105-SM-1781

Xiaomi Redmi 10C 4/128 GB Graphite Gray

Rəng:

Yaddaş:

Xiaomi Redmi 10C smartfonu 6.71” düymlü IPS LCD displeyə, 5000 mAh həcmli batareyaya və 128 GB daxili yaddaşa malikdir.

Görünüş

Redmi 10 C Graphite klassik görünüşə malikdir. Arxa panel relyefli plastikdəndir. Üzərində kamera bloku yerləşdirilib. Bloka 2 ədəd kamera, fləş və barmaq izi skaneri əlavə edilib. Skaner dəqiq işləyir, ekranı blokdan çıxarmaq üçün bir neçə saniyə vaxtınız tələb olunacaq. Gövdənin üst hissəsində 3.5 mm Mini Jack girişi var. Alt hissədə dinamik, USB Type-C və mikrofon yerləşdirilib. Yan tərəfdə 2 nanoSIM və 1 microSD kart üçün slot var.

6.71” düymlü ekran görüntünü parlaq ötürür. Rənglər təbii əks olunur. Displey 60 Hz ekran tezliyinə malikdir. Elektron kitabları rahat oxuya bilməyiniz üçün “Read” rejimi mövcuddur. İnterfeys üçün açıq və tünd rejimlər əlavə edilib. Bundan başqa, interfeysin şriftini dəyişdirmək olar.

Məhsuldarlıq

Xiaomi Redmi 10 C Snapdragon 680 4G prosessor üzərində işləyir. 4 GB operativ yaddaş brauzerin, mobil tətbiqlərin, oyunların çevik işləməsinə kömək edir. Prosessor ağır qrafikaya malik oyunları problemsiz açır. Görüntü oyun zamanı donmur və detallığını itirmir. Daxili yaddaş isə 128 GB təşkil edir. Lazım olan fayllar hər zaman əlinizin altında olacaq.

Batareyanın həcmi 5000 mAh-dır. Onun enerjisi 19 saat video izləmək və ya 11 saat oyun oynamaq üçün kifayət edir. Smartfon sürətli enerji yığmanı dəstəkləyir. 18 Vt adapterin köməkliyi ilə sərf edilən enerjini qısa müddət ərzində bərpa edəcəksiniz.

Kamera bloku

Arxa paneldə 50 meqapikselli əsas kamera və 2 meqapikselli dərinlik sensoru yerləşdirilib. Displeyin üst hissəsində 5 meqapikselli kamera var. Redmi 10 C FullHD keyfiyyətində və Slow Motion rejimində videolar yarada bilir. Rəqəmsal stabilizasiya və zoom mövcuddur. Zəif işiq şəraitində aydın şəkillər yarada bilməyiniz üçün “Gecə” rejimi mövcuddur.