Xiaomi brendi sizə əlverişli qiymətə 2022-ci il istehsal olunan Xiaomi Redmi 10A smartfonunu əldə etməyi təklif edir. Yeni Redmi 10A böyük ekranı, tutumlu batareyası və 4 GB operativ yaddaşı ilə yüksək performans təqdim edir.
Görünüş və Ekran
Redmi 10 A qiymeti və inanılmaz görünüşü ilə seçilir. Böyük 6.5" düymlü ekran onlayn videolanın izlənilməsi üçün ideal ölçülərə malikdir. IPS matrisalı displey rəngləri olduğu kimi əks etdirir, nəticədə görüntü daha təbii təsvir olunur. 60 Hz ekran tezliyi ilə ekranı sürətli sürüşdürəndə görüntü donmayacaq.
Smartfonun korpusu mat plastikdən hazırlanıb. Lakonik üslubu sevirsinizsə seçiminizi Grey rəngində dayandırın. Arxa paneldə diqqəti özünə cəlb edən kamera bloku daxildir. Bloka 13 meqapikselli əsas kamera, fləş və barmaq izi skaneri yerləşdirilib. Cihazın alt hissəsində mikrofon, dinamik, micro USB girişi, üst hissədə qulaqlıq üçün nəzərdə tutulmuş giriş var. Sağ tərəfində 2 nanoSIM, 1 micro SD kart üçün slot, sol tərəfində isə güc və səs düymələri yerləşdirilib.
Prosessor və Batareya
Redmi 10A 128GB modelində MediaTek MT6762G Helio G25 prosessorundan istifadə olunub. 4 GB operativ yaddaş tətbiqlərin tez açılmasına və stabil işləməsinə kömək edir. Şəxsi məlumatın saxlanılması üçün 128 GB daxili yaddaş təqdim olunub.
Batareyanın tutumu 5000 mAh təşkil edir. Bu da smartfondan uzunmüddətli istifadə edə bilməyiniz üçün imkan yaradır.
Kameralar
Xiaomi smartfonunun arxa panelində 13 meqapikselli əsas kamera yerləşir. Aydın şəkillərlə yanaşı bu modul 1080p keyfiyyətində videolar yarada bilir. Əlavə olaraq bu modelin ön panelində 5 meqapikselli kamera mövcuddur.