Xiaomi Poco X3 GT smartfonu 128 GB yaddaşa malikdir. MediaTek Dimensity 1100 prosessor smartfonun məhsuldarlığına cavabdehdir. Batareyanın tutumu 5000 mAh-dır.
Xiaomi Poco X3 GT modeli güclü kamera sisteminə və tükənməyən enerjiyə malikdir. Sürətli MediaTek prosessorla təchiz edilən smartfon yüksək məhsuldarlığa sahibdir.
Görünüş
Smartfonun gövdəsi ağ plastikdən və möhkəm şüşədən hazırlanıb. Ön panel möhkəm Corning Gorilla Glass Victus ilə örtülüb. Beləliklə, Poco X3 GT cızıqlardan qorxmur. Eyni anda 2 nömrədən istifadə edə bilməyiniz üçün korpusda xüsusi slot mövcuddur.
6.6" düymlü displey görüntünün detallığı və rənglərin parlaqlığı ilə seçilir. 120 Hz ekran tezliyi sayəsində smartfon yüksək baxış keyfiyyəti təqdim edir. Bu displey müasir qrafikaya sahib oyunlar oynamaq üçün yaradılıb.
Məhsuldarlıq
Xiaomi Poco X3 GT modelində MediaTek Dimensity 1100 prosessoru quraşdırılıb. 8 GB operativ yaddaş və güclü prosessor sayəsində mobil tətbiqlər sürətli işə salınır. Şəkil və videolarınızın saxlanılması üçün 128 GB daxili yaddaş ayrılıb.
Əlavə olaraq telefon soyutma sisteminə malikdir. LiquidCool texnologiyası sayəsində smartfondan aktiv istifadə etdiyiniz zaman onun gövdəsi isinmir. Beləliklə, prosessorun imkanlarından maksimal olaraq yararlana biləcəksiniz.
Avtonomluq
Smartfon daim hərəkətdə olan insanlar üçün nəzərdə tutulub. Batareyanın tutumu 5000 mAh təşkil edir. 67 Vt adapterin köməkliyi ilə Poco X3 GT qısa müddət ərzində yenidən istifadə üçün hazır olacaq. Smartfonu cəmi 10 dəqiqə ərzində şarj etməyiniz 3.5 saat fasiləsiz video izləmək üçün kifayət edəcəkdir. 42 dəqiqə ərzində isə batareyanı 0%-dan 100% qədər şarj etmək olar.
Kameralar
Poco X3 GT ilə istənilən vəziyyətdə mükəmməl şəkil və videolar yaradacaqsınız. 3 ədəd kamera modulu möhtəşəm landşaft, makro fotolar və bənzərsiz gecə kadrların əldə edilməsində sizin əvəzedilməz köməkçiniz olacaq. Bloka 64 meqapikselli əsas, 8 meqapikselli ultra geniş bucaqlı və 2 meqapikselli makro kamera daxildir. Əlavə olaraq ön paneldə 16 meqapikselli kamera mövcuddur.