Poco X3 GT qiymeti saytımızda təqdim edilib. Batareyanın tutumu 5000 mAh-dır. Daxili yaddaş 128 GB vacib məlumatın saxlanılması üçün kifayət edir. Əməliyyat sistemi Android 11-dir.
Parlaq rəngi ilə diqqəti cəlb edən Xiaomi Poco X3 GT smartfonunu qarşılayın. Sürətli prosessor, böyük yaddaş və güclü kamera bloku ilə təchiz edilmiş cihaz Kontakt Home saytında təqdim edilib.
Görünüş
Smartfon Blue rəngində təqdim edilib. Korpus möhkəm və parlaq plastikdən hazırlanıb. Poco X3 GT modelinin ön paneli şüşədəndir və Corning Gorilla Glass Victus ilə örtülüb. Eyni anda 2 nömrədən istifadə edə bilməyiniz üçün korpusda xüsusi slot mövcuddur.
6.6” düymlü displey görüntünün detallığı və rənglərin parlaqlığı ilə seçilir. 120 Hz ekran tezliyi sayəsində smartfon yüksək baxış keyfiyyəti təqdim edir. Bu displey müasir qrafikaya sahib oyunlar oynamaq üçün yaradılıb.
Məhsuldarlıq
Xiaomi Poco X3 GT istənilən tapşırığınızı sürətli yerinə yetirir. Bunun səbəbi MediaTek Dimensity 1100 prosessoruna bağlıdır. Prosessor cihazı yüksək məhsuldarlıqla təmin edib enerjini effektiv sərf edir. Beləliklə, oyun oynamaq istəyəndə və ya şəkil çəkmək lazım olanda bütün tətbiqlər çevik işə salınır.
Əlavə olaraq telefon soyutma sisteminə malikdir. LiquidCool texnologiyası sayəsində smartfondan aktiv istifadə etdiyiniz zaman onun gövdəsi isinmir. Beləliklə, prosessorun imkanlarından maksimal olaraq yararlana biləcəksiniz.
Avtonomluq
Cihaz dinamik insanlar üçün yaradılıb. 5000 mAh tutumlu batareya ilə bir neçə saat istifadədən sonra enerjisi tükənmiş smartfonla qalmayacaqsınız. Xiaomi Poco X3 GT ilə 127 saat ərzində fasiləsiz musiqi dinləyə biləcəksiniz. 67 Vt adapterin köməkliyi ilə enerjini sürətli bərpa etmək mümkündür. Smartfonu cəmi 10 dəqiqə ərzində şarj etməyiniz 3.5 saat fasiləsiz video izləmək üçün kifayət edəcəkdir. 42 dəqiqə ərzində isə batareyanı 0%-dan 100% qədər şarj etmək olar.
Kameralar
Bənzərsiz şəkillər əldə etmək üçün arxa paneldə yerləşən kamera blokundan istifadə edin. Poco X3 GT modelinin 3 ədəd kamera modulu möhtəşəm landşaft, makro fotolar və bənzərsiz gecə kadrların əldə edilməsində sizin əvəzedilməz köməkçiniz olacaq. Bloka 64 meqapikselli əsas, 8 meqapikselli ultra geniş bucaqlı və 2 meqapikselli makro kamera daxildir. Əlavə olaraq ön paneldə 16 meqapikselli kamera mövcuddur.