Xiaomi Mi 11 Lite 5G NE qiyməti və funksiyaları ilə Kontakt az saytında tanış olun. 4250 mAh batareya, parlaq AMOLED displey və 256 GB yaddaşa sahibdir.
Klassik görünüşlü smartfonlara üstünlük verirsinizsə Xiaomi Mi 11 Lite 5G NE Black modelinə nəzər yetirin. Sözügedən cihaz sürətli Qualcomm prosessor üzərində işləyir. 64 meqapikselli əsas kamera sizi keyfiyyətli şəkillərlə təmin edəcək.
Görünüş
Qara korpus möhkəm plastikdən hazırlanıb. Gövdənin qalınlığı cəmi 6.8 mm-dir. Onu bir əllə tutub asanlıqla idarə edəcəksiniz. Arxa paneldə müasir kamera bloku yerləşir. Yan tərəfdə səs və üzərinə barmaq izi sensoru quraşdırılan güc düymələri mövcuddur. Əlavə olaraq üz tanıma funksiyası ilə cihazı blokdan çıxarmaq olar. Alt hissədə dinamik, əsas mikrofon, USB Type-C, 2 nanoSIM üçün girişlər var. İkinci nanoSIM yerinə microSD kart yerləşdirmək olar. Üst hissədə danışıq üçün mikrofon və infraqırmızı port mövcuddur.
Smartfon 6.55" düymlü ekranla təchiz edilib. AMOLED displey rəngləri parlaq və düzgün ötürür. Ekran tezliyi 90 Hz təşkil edir. Nəticədə, xəbər lentini tez sürüşdürdüyünüz zaman görüntü donmayacaq. Xiaomi Mi 11 Lite 5G NE displeyinin aydınlığı kontentin istənilən şəraitdə rahat oxunmasını təmin edir.
Prosessor və Batareya
Snapdragon 778G prosessor və 8 GB operativ yaddaş tətbiqlərin və oyunların sürətli yüklənilməsini təmin edir. Prosessor kameraların keyfiyyətini artırıb. Batareyanın enerjisi daha səmərəli sərf edilir. Smartfondan aktiv istifadə etdiyiniz zaman cihazın gövdəsi isinmir. Məhsuldarlığı sayəsində Xiaomi Mi 11 Lite 5G NE modelində müasir oyunları belə işə salmaq mümkündür.
4250 mAh həcmli batareyanin enerjisi aktiv istifadə zamanı günün sonunadək tükənməyəcək. Smartfonu zənglər, xəbərləri oxumaq, video izləmək və yaxınlarınızla ünsiyyətdə qalmaq üçün istifadə edirsinizsə onun enerjisi 2 günə qədər kifayət edir.
Kamera sistemi
Xiaomi Mi 11 Lite 5G NE kamera bloku ilə istədiyiniz vaxt keyfiyyətli şəkillər və 4K videolar yaradacaqsınız. 64 meqapikselli əsas kamera gün işığı altında aydın şəkillər çəkə bilir. Daha parlaq fotolar üçün süni intellektdən istifadə etməyi unutmayın. Zəif işıq şəraitində belə Xiaomi Mi 11 Lite 5G NE detallı kadrlar tuta bilir. Bunun üçün "Gecə" rejimi əlavə edilib. Bundan başqa kamera blokuna 8 meqapikselli geniş bucaqlı və 5 meqapikselli makro kameralar yerləşdirilib. Ön paneldə olan kamera "Portret" rejimini dəstəkləyir. Bu rejim vasitəsilə peşəkarcasına emal edilmiş selfilər əldə edəcəksiniz.