Geri

Şəbəkə birləşdiriciləri
Şəbəkə birləşdiriciləri
Şəbəkə birləşdiriciləri bizim köməyimizə çatan vasitələrdən biridir. Bəzən bu şəbəkə vasitələri keyfiyyətsiz olduqda xoşagəlməz hadisələr baş verir. Bu zaman daha diqqətli olmaq lazımdır ki, gələcəkdə baş verə biləcək hadisələrin qarşını almış olaq. Şəbəkə birləşdiriciləri əksər hallarda elektrik enerjisinin istifadə etdiyimiz cihaza uzaq məsafədə olduğu zaman istifadə olunan və həyatə olduqca asanlaşdıran əşyalardandır. Daha çox ağ rəngdə istehsal olunan bu əşyalar, zövqə görə fərqli rənglərdə də əldə edilə bilər. Fərqli rənglərdə şəbəkə birləşdiriciləri, evin divar kağızlarına və ya divar boyasına uyğunluq məqsədilə seçilir. Bu cihazlar bir neçə növdə olur. Standart divar elektrik mənbəyi üçün, USB 2.0 və 3.0 girişləri üçün, Type-C üçün, həmçinin Avropa və Amerika istehsalı olan cihazların enerji naqilləri üçün fərqli girişləri olan şəbəkə birləşdiriciləri də mövcuddur.