Yeni Smart TV əldə etmək istəyirsiniz? Samsung QE55QN85AAUXRU modeli imkanları ilə sizi təəccübləndirəcək. Televizorun korpusu dəbli gümüşü rəngdədir. Eleqant dizaynı cihazı istənilən interyerə uyğunlaşdırır. Nazik çərçivəsi isə görüntüyə tam dalma effektini yaradır. Korpusun arxa hissəsində Antena x2, HDMI x4, USB x2, RJ45 girişləri yerləşdirilib.
Cihaz 55" düymlü Neo QLED ekrana sahibdir. 4K UHD ekran həlli və 120 Hz tezlik rənglərin parlaqlığını və görüntünün dəqiqliyini təmin edir. Quantum Mini LED işıqlandırma sayəsində qaranlıq və parlaq səhnələrdə mükəmməl detallıq əldə edilir. Smart TV güclü Neo Quantum 4K prosessoru üzərində işləyir. Prosessor ardıcıl olaraq izləmə mühitini optimallaşdırır. Nəticədə təsvir edilən kontentin keyfiyyəti artırılır və siz 4K görüntünü seyr etməkdən həzz alacaqsınız.
Quantum HDR 24x texnologiyası daha geniş rəng çalarlarına sahibdir. Beləliklə ekrandakı məzmun daha dərin və detallıdır, ən xırda detalları belə görə biləcəksiniz. Əks parıltı sayəsində isə günün istənilən vaxtı televizoru rahat izləyə biləcəksiniz. Üstəlik ekranın aydınlığı avtomatik olaraq ətrafındakı işıqlandırma səviyyəsinə uyğunlaşır.
Samsung QE55QN85AAUXRU televizorunda yeni Object Tracking Sound+ texnoloqiyası tətbiq edilib. Bu innovativ texnoloqiya sayəsində səs obyektin arxasınca hərəkət edir. Xüsusi dinamiklər isə üçölçülü səs effektini yaradır. Beləliklə evinizdə kinoteart mühiti yaradılır.
Oyun rejimi və Motion Xcelerator Turbo texnologiyası sayəsində detallı və parlaq qrafikaya sahib oyunlardan həzz alacaqsınız. Dinamik səhnələrin vizual effektləri möhtəşəmdir. Görüntü donmur, yüksək keyfiyyətli və dəqiqdir. Cihaz Tizen OS əməliyyat sisteminə sahibdir. Sadə və sürətli interfeys sevdiyiniz verilişləri, ən yeni filmləri və serialları izləməyə imkan yaradır.
Samsung QE55QN85AAUXRU televizorunu sərfəli qiymətə hardan əldə etmək olar? Əlbəttə ki, Kontakt Home mağazalar şəbəkəsində! Məsləhətçilərimiz Smart Tv-nin imkanlarını sizə nümayiş etməkdən məmnun olacaq.