“Təhsil üçün dəyiş” sosial kampaniyası

Ailə üzvünüzün, sevdiklərinizin keyfiyyətli təhsil alması üçün nələrdən keçməyə hazırsınız? Çoxunuz heç düşünmədən hər şeydən deyəcəksiniz. Bəs tanımadığınız bir məktəblinin uğur hekayəsində pay sahibi olmaq üçün köhnə noutbukunuzdan keçməyə hazırsınızmı? Özü də bununla həm böyük bir sosial təşəbbüsə töhfə verəcək, həm də yeni noutbuk alışında yaxşı endirim əldə edəcəksinizsə. Bu təşəbbüsə “HƏ” deyirsinizsə, “Təhsil üçün dəyiş” kampaniyası sizin üçündür.

Kontakt Home “Bilik Günü” ərəfəsində ucqar kənd məktəblərinin maddi-texniki bazasının yaxşılaşdırılması, bərabər təhsil şəraitinin yaradılmasına dəstək məqsədilə “Təhsil üçün dəyiş” sosial kampaniyasına başlayıb.

Kampaniyaya qoşulmaq üçün sentyabrın 30-dək köhnə noutbukunuzu vəziyyətindən asılı olmayaraq “Kontakt Home” mağazalarına təhvil verin, öz növbəsində “Kontakt Home” təhvil verdiyiniz noutbukları təmir edərək ucqar kənd məktəblilərinə hədiyyə edəcək. Bundan başqa, noutbukların təhvili zamanı Siz yeni noutbukları əlavə endirimlə əldə edə bilərsiniz.

Qeyd edək ki, kampaniya Kontakt Home və HP Azərbaycan şirkətlərinin sponsorluğu və “Kəndabad” ucqar kəndlərdə sosial layihələr həyata keçirən komandanın dəstəyi ilə həyata keçirilir.

Köhnə noutbukunuzu ucqar kəndə göndərək. Göndərək ki, bir məktəblinin təhsil hekayəsi dəyişsin. Bəs Siz təhsil üçün dəyişməyə hazırsınız?

Yuxarı