Təravəti və nəmi saxlayır
Adi soyuducularda rütubət 30% təşkil etdiyi halda, yalnız Twin Cooling Plus™ texnologiyası 70% rütubət səviyyəsində ərzaq məhsullarının təravətini saxlamaq üçün optimal mühit yaradır. Nəticədə ərzaq məhsulları öz təravətini daha uzun müddət saxlayır və qurumur.
Donmuş ərzaq məhsullarının kənar qoxusuz, valehedici dadı.
Twin Cooling Plus™ texnologiyası sayəsində hər iki kamera bir birindən asılı olmayaraq soyudulur ki, bu da qoxunun soyuducu kameradan dondurucu kameraya keçməsinin qarşısını alır. Nəticədə ərzaq məhsulları ilkin ətrini daha uzun müddət saxlayır.
Çox alış-veriş etmisiniz? Narahat olmayın - hər məhsul üçün yer tapılacaq!
Daxili tutum 620 litrə çatır: SpaceMax™ texnologiyası soyuducunun xarici ölçülərini artırmadan tutumu artırır. Beləliklə, həftəlik ərzaq alış-verişini içəriyə yerləşdirmək asan olur.
Seçim üçün 5 iş rejimi
Analoqsuz saxlama imkanları: dondurucu təzə qida saxlamaq üçün daha çox yerə ehtiyac duyduğunuzda, məsələn, məhsul yığımı zamanı və ya xüsusi hallar zamanı asanlıqla soyuducu kameraya çevrilir. Xüsusi "Söndürmə" rejimi elektrik enerjiyə qənaət etməyə imkan verir.
Buz və soyuq içkilər hazırlayın
İntensiv soyuq hava təchizatı sürətli donma və ya soyutmanı təmin edir. Power Cool funksiyası bir düyməyə toxunmaqla yemək və içkiləri tez soyutmağa imkan verir, Power Freeze funksiyası isə qidaları dondurmaq və buz hazırlamaq üçün idealdır.
Daha uzun müddət və səssiz işləyir, daha az elektrik sərf edir
Soyutma ehtiyaclarından asılı olaraq rəqəmsal inventor texnologiyası kompressorun 7 sürət səviyyələrindən birini seçir. Bu, enerji istehlakını, səs-küy səviyyələrini və komponentlərin aşınmasını azaldır, beləliklə, soyuducunun xidmət müddətini uzadır.
Delikateslərin rahat saxlanması və təqdim edilməsi
Yığcam çıxarıla bilən Deli Tray soyuducuda boş yerdən səmərəli istifadə etməyə imkan verir. Bu delikates və ya təzə hazırlanmış yeməklər üçün mükəmməl saxlama həllidir. Və onlar bir qabda birbaşa masaya verilə bilər.
Gigiyenik cəhətdən təmiz və təravətli hava
“Antibakterial qoruma” funksiyası işçi kameraların təmizliyini və gigiyenikliyini saxlayır. Hava kömür süzgəcdən keçir ki, bunun da sayəsində o mikroblardan təmizlənir, ondan kənar qoxular kənar edilir. Xüsusi antibakterial şəbəkə bakteriyaları tutub saxlayır.
İçərisində olanların əla görünmə dərəcəsi.
Parlaq LED işıqlanma daha qənaətlidir, adi közərmə lampalarının istifadəsi zamanı olduğu kimi, havanı qızdırmır. LED işıqlar işçi kameralarda yuxarıda və yanda yerləşməklə, hər bir guşəni işıqlandırırlar və məhsulların rəflərdə əla görünmə dərəcəsini təmin edirlər.