Böyük ailə sahibisiniz? O zaman sizə tutumlu soyuducu lazımdır. Toplam həcmi 367 litr olan Samsung RB37A5070B1/WT soyuducusuna həftəlik ərzaq alış-verişiniz asanlıqla yerləşəcək. Soyuducu ikiqapılıdır. Dondurucu kamera aşağıda yerləşir. Qış üçün meyvə-tərəvəzləri dondurub saxlamaq üçün kameranın 98 litr tutumu kifayət edəcək. Rahat istifadə Full Open Box konteynerləri təmin edir. Konteynerləri dondurucudan maksimal çıxartmaq olur. İri ərzaqları asanlıqla yerləşdirə biləcəksiniz.
SpaceMax texnologiyası sayəsində soyuducunun divarları daha da nazik olub. Ən əsası isə nazik divarlar soyudulmanın effektivliyinə təsir etməyib. Beləliklə, Samsung RB37A5070B1/WT modelində daha çox məhsul saxlamaq olur. Soyuducu kamerada təravət zonası mövcuddur. Üst hissədə yerləşən FreshZone konteynerində ət məhsulları üçün optimal temperatur yaradılıb. Axşam yeməyinin hazırlanması üçün istifadə edəcəyiniz əti bu konteynerə qoya bilərsiniz. Alt konteyner meyvə-tərəvəzlərin təzə saxlanılmasını təmin edir. Rəflər möhkəmləndirilmiş şüşədən hazırlanıb. LED diodlar sayəsində hər bir rəf aydın işıqlandırılıb. Lazım olan məhsulu tapmaq üçün əziyyət çəkməyəcəksiniz. Soyuducu kameranın qapısında əlavə saxlama yerləri mövcuddur.
All-Around Cooling texnologiyası cihazın hər bir küncünü bərabər soyudur. Soyuq hava axını rəflər arasında dövriyyə edir. Nəticədə, təyin edilən temperatur sabit qalır və ərzaqlar uzun müddət təzə saxlanılır. İnverter tipli kompressor soyutma gücünü avtomatik olaraq idarə edir. Bu da elektrikin qənaətli sərf edilməsinə və cihazın sakit işləməsi üçün imkan yaradır. NoFrost əritmə sisteminin köməyi ilə cihazın buzdan təmizlənməsinə əlavə vaxt sərf etməyəcəksiniz.