Mətbəx texnikasının ən vacib elementlərindən biri soyuducudur. Uzun müddət sizə xidmət edən soyuducu əldə etmək istəyirsinizsə LG brendinə üz tutun. LG GA-B509CMQM modelinin sadə gümüşü korpusu istənilən mətbəxin görünüşünə uyğunlaşır. Soyuducu ikikameralı və ikiqapılıdır. Dondurucu kamera aşağıda yerləşir.
LG GA-B509CMQM DoorCooling+ texnologiyası ilə təchiz edilib. Soyuducu kameranın üst hissəsində soyuq hava paneli soyuğun sürətli və bərabər paylanılmasını 32% artırır. Nəticədə istənilən vaxt təravətli ərzaqlardan istifadə edə biləcəksiniz.
Toplam 419 litr tutumlu soyuducu böyük ailələr üçün də çox əlverişlidir. Möhkəm şüşədən hazırlanmış rəflər və böyük həcmli konteynerlər bütün məhsullarınızın yerləşdirə bilməyiniz üçün imkan yaradır. Xüsusi 2 dəfə qatlanabilən rəf sayəsində soyuducuya ən böyük qazanınızı qoya bilərsiniz.
Multi Air Flow texnologiyası çoxsaylı soyuq hava axını yaradır. Beləliklə, hətta künclərdə və üst rəflərdə olan ərzaqlarınız təzə qalır. Total No Frost sayəsində kameralar daxilində buz əmələ gəlməsinin qarşısı alınır və əlavə olaraq soyuducunun donunu açmaq lazım deyil. Dəyərli vaxtınızı təmizliyə yox, ailənizə sərf edin.
LG GA-B509CMQM modeli intensiv soyutma rejimində belə sakit işləyir, çünki LG soyuducularında Smart Inverter kompressor quraşdırılıb. Digər soyuducu modellərinə nisbətən elektrik enerji daha qənaətli sərf edilir. Cihazın A++ enerjiistifadə sinfinə aid olması bunun göstəricisidir.