Yeni Samsung BESPOKE interyer soyuducuları hər kəsi heyran edir. Soyuducuların ən əsas fərqliliyi dəyişəbilən dekorativ panellərdir. Beləliklə, interyerinizin rənglərinə ideal uyğunlaşan soyuducu əldə edəcəksiniz. Geniş rəng çeşidindən başqa Samsung sizə 3 növ material təklif edir: metal, mat şüşə və parlaq şüşə.
Samsung BESPOKE RA-R23DAA05GG paneli BESPOKE təkqapılı soyuducu və dondurucu üçün nəzərdə tutulub. Panel mat metaldan hazırlanıb və müasir tünd boz rəngdə təqdim edilir. Məhsulun hündürlüyü 186.4 sm, eni 69.4 sm, dərinliyi 5 sm-dir. Panel 6.5 kq çəkiyə sahibdir. Kontakt Home mağazalarında təqdim edilən hər bir BESPOKE panelinə zəmanət təqdim edilir. İstədiyiniz paneli asanlıqla Kontakt.az onlayn mağazamızdan sifariş verə bilərsiniz.