Müasir görünüşə sahib Bosch KGN56LB30U soyuducusu modern dizaynı və keyfiyyəti ilə sizi sevindirəcək. Bu model toplam 534 litr həcmindədir. Əgər böyük ailəyə sahibsinizsə bu model sizin üçün ideal olacaq.
Soyuducunun qapıları qara rəngdədir və zərbəyə davamlı şüşə ilə örtülüb. Yan hissələri gümüşüdür. Qapı istiqamətinin dəyişdirilməsi dəstəklənir. Cihaz ikikameralıdır. Dondurucu kamera aşağıda yerləşdirilib və 105 litr tutumuna sahibdir. Soyuducu kameranın həcmi isə 400 litrdır. Daxilində 4 ədəd rəf, 2 kiçik və 1 iri Vita Fresh konteynerləri var. Soyuducu kamerasının qapısında əlavə 4 rəf yerləşdirilib. Dondurucu kamerada isə 2 ədəd iri konteyner mövcuddur. Ərzaqlarınız üçün daha çox yer yaradılıb.
Cihazın hündürlüyü 193 sm, eni 70 sm, dərinliyi isə 80 sm-dir. Soyuducu kameranın daxilində yerləşən rəflər şüşədən hazırlanıb və çox rahat təmizlənir. Ərzaqlarınızın uzun müddət ərzində təravətli qalması üçün Vita Fresh zonası mövcuddur. Kiçik Vita Fresh konteynerləri ət və balıq üçün nəzərdə tutulub. İri konteyner isə meyvə və tərəvəzlərin saxlanılması üçün istifadə edilir. Dondurucu kameranın Big Box konteynerləri sayəsində iri ərzaqların dondurulması və saxlanılması asanlaşdı.
Bosch KGN56LB30U çox sakitdir, onun səs səviyyəsi cəmi 49 dB-dir. Enerjiistifadə sinfi A++, ərintmə sistemi isə No Frost-dur. No Frost sayəsində kamera daxilində buz əmələ gəlməsinin qarşısı alınır. Beləliklə, soyuducu həm elektrik enerjisinə, həm də sizin vaxtınıza qənaət edir.
LED işıqlar sayəsində ən uzaq künclərdə belə yerləşən məhsulları aydın görə biləcəksiniz. Ən əsası isə hər hansı bir yeməyin və ya ərzaqın qoxusu bir kameradan digərinə keçməyəcək, çünki kameralar ayrıca soyudulur.
Bosch KGN56LB30U soyuducusunu əlverişli qiymətə Kontakt Home mağazalarından əldə etməyi tələsin! Üstəlik bu modelə 3 illik zəmanət təqdim edilir!