Top.Mail.Ru
*6060

Məhsul mövcuddur

Məhsul kodu: TM-MT-BMT-1108-RB-0014

Soyuducu Bosch KGN36NL30U

qiymət

1389.99 M
1079.99 M

Kredit Kalkulyatoru

  • 6

  • 9

  • 12

  • 15

  • 18

  • 24

  • İlkin ödəniş

    0 M

  • Aylıq ödəniş

    62.3 M

Mətbəxiniz üçün ideal soyuducu axtarırsınızsa seçiminizi Bosch markasında dayandıra bilərsiniz. Şirkət öz keyfiyyətli məhsulları ilə alıcılarımız tərəfindən çox sevilir. Son zamanlarda soyuducular arasında Bosch KGN36NL30U modeli mağazalarımızda ən çox satılan məhsullar siyahısındadır.

Sadə dizaynı və dəbli gümüşü rəngi sayəsində cihaz daim diqqət mərkəzindədir və mətbəxinizə gözəllik qatacaq. Soyuducu ikikameralı və ikiqapılıdır. Qapı istiqamətinin dəyişdirilməsi funksiyası var. Dondurucu kamera aşağıda yerləşir və çox tutumludur. Onun həcmi 110 litrdir. Soyuducu kameranın həcmi isə 219 litrdir. Hündürlük 186 sm, en 60 sm, dərinlik isə 66 sm-dir. Soyuducu kamerada 4 şüşədən hazırlanmış rəflər və meyvə-tərəvəz üçün 2 şəffaf konteynerlər mövcuddur. Həmçinin qapıda da 4 rəf yerləşdirilib. Soyuducunun kamerası LED işıqlar ilə işıqlandırılıb. Artıq ən uzaq küncdə olan məhsulu belə tez tapa biləcəksiniz.

No Frost əritmə sistemi sayəsində dondurucu kamerada buz əmələ gəlməsinin qarşısı alınır. Artıq soyuducunun təmizlənməsi daha da asanlaşdırılıb. Cihaz A++ enerjiistifadə sinfinə aiddir. Bu o deməkdir ki, Bosch KGN36NL30U elektrik enerjini çox səmərəli sərf edir. Qapılar tam örtülmədikdə, və ya hər hansı bir xəta baş verdikdə dərhal siqnalizasiya işə salınır. Soyuducu kamerada sizə uyğun olan temperatur dərəcəsi təyin edilə bilir.

MultiAirflow soyuq hava axınının dondurucu kamerada bərabər paylanılmasını təmin edir. Nəticədə ərzaqlar uzun müddət ərzində saxlanıla bilər. Soyuducu kameranın FreshSense rejimi isə məhsulların təravətli qalmasını təmin edir.

Bosch KGN36NL30U soyuducusunu əldə etmək üçün Kontakt Home mağazalarına gəlin! Üstəlik qiymətə çatdırılma daxildir! Əlavə olaraq kontakt.az onlayn mağazamızda məhsulun parametrləri, qiyməti və xüsusiyyətləri ilə daha ətraflı tanış ola bilərsiniz.

nağd alışda

1079.99 M

ayda cəmi

62.3 M