Şirkət haqqında

   Müştərilərimiz üçün “Hədsiz imkanlar” yaratmaqla onlara hər zaman keyfiyyətli məhsullar təqdim etmək və yüksək səviyyədə xidmət göstərmək əsas hədəfimizdir. Müştəri məmnuniyyətini qoruyub saxlamaqdan ötrü daim çalışırıq.

Mağazalarımızda müxtəlif rəqəmsal texnikanın geniş çeşidi: mobil və dekt telefonlar, televizorlar, planşetlər, kompüter və ofis texnikası, fotoaparatlar, videokameralar, audio və video texnikalar var. Böyük və kiçik məişət texnikalarından – soyuducu, paltaryuyan, qabyuyan, kondisioner, aspirator, sobalar, müxtəlif isidicilər, hər növ mətbəx texnikaları, həmçinin, yüksək keyfiyyətli yerli və xarici brendlərə məxsus mebellər təqdim olunur. Satışda həm də oyun və əyləncə həvəskarları üçün PlayStation-lar, Giroskuterlər var.

Hal-hazırda Kontakt Home Samsung, HOFFMANN, LG, Gorenje, Philips, HTC, Sony, Braun, Hansa, Kenwood, Redmond, Russell Hobbs, THOMAS, GIGASET, Remington, Toyota, Delonghi, Sonorous, Wexler, Meizu, Trust, ELARI, Medisana, GGMM, Odoyo, həmçinin GALA, Adona, Calitelli, Asoda, Interdesign, Dstill, Bysehpa, Togostyle, Bellissa kimi brendlərin rəsmi distribüteridir.

Kontakt Home-da arzuladığınız məhsullara həm nağd, həm də sərfəli hissə-hissə ödəniş şərtlərilə, ilkin ödənişsiz, arayışsız, tək şəxsiyyət vəsiqəsilə sahib olmaq imkanınız var.

Müştərilərin rahatlığı baxımından Kontakt Home-da həm də onlayn sifariş qəbul olunur. Sifariş etdiyiniz məhsul ünvanınıza kimi pulsuz çatdırılır.
Hazırda Bakı, Xırdalan, Sumqayıt və Gəncə şəhəri daxil olmaqla toplamda 21 mağazamız fəaliyyət göstərir.

Ətraflı: *6060

Yuxarı