“ŞEŞ-QOŞA” Sevindirir!

Ən son iPhone modeli, super geniş ekran televizor, ürəyindən keçən mebel – bütün bunları Kontakt Home-dan PULSUZ ala bilərsən!

Müştəriləri Sevindirməyi özümüzə əsas istiqamət seçmişik. Bunun üçün də çox sevdiyin Şeş-qoşa kampaniyasını yenidən aktivləşdirdik. Şərait dəyişsə də, şərtlər həmişəki kimi çox sadədir.

18 dekabr – 18 yanvar tarixlərində kontakt.az saytından arzuladığın məhsulu qiymətindən və sayından asılı olmayaraq nağd və ya taksit kartı ilə al. Bu zaman sənə xüsusi kupon təqdim olunacaq. Bu kuponları itirmə və kuponla birlikdə 01.02.2021-15.02.2021 tarixləri arasında (mağazalar yerində satış fəaliyyətini bərpa etdikdən sonra) istənilən Kontakt Home mağazasında yaxınlaşaraq zər at. Bəxtinə şeş-qoşa (6 qoşa) düşərsə, aldığın məhsulun pulunu tamamilə geri götür.

 

Prosedur aşağıdakı ardıcıllıqla həyata keçirilir:

 

  • Müştərilər Kontakt.az saytında nağd (taksit, 3 dəfəyə) alış edərək bu kampaniyada iştirak etmək hüququ qazanır.
  • Bunun üçün çatdırılma zamanı sənə kupon təqdim olunacaq. Kuponu kuryerdən tələb etməli və özündə saxlamalısan.
  • Şeş-qoşa Kuponu əldə edən müştəri həmin kupon ilə 02.2021-15.02.2021 tarixlərində mağazada yerləşən kampaniya stendinə yaxınlaşır.
  • Kampaniyada iştirakını təsdiqləyən sənədə imza atır və kuponu promouterə (və ya onu əvəz edən şəxsə) təqdim edir.
  • Müştəri mütləq fotokameraların önündə stəkan vasitəsi ilə zərləri qarışdırıb stendin üzərinə atmalıdır.
  • Zərdə 6 qoşa düşərsə, məhsulu pulsuz aparacaq. Digər qoşalar endirim qazandırmır.
  • 6 qoşa düşübsə, müştəri yenidən kassaya yaxınlaşır və ödədiyi məbləği geri alır.
  • Məhsulların üzərində satılan xidmətlər (qızıl zəmanət, quraşdırma, ekspres çatdırılma və s.) “Şeş-Qoşa” kampaniyasına daxil deyil.

 

Misal ,  müştəri soyuducu alır və üzərində də Məişət 2 illik qızıl zəmanət götürür sonra isə “Şeş-Qoşa” (6×6) atır, bu zaman yalnız məhsulu (Soyuducu) pulsuz əldə edəcək, qızıl zəmanətə görə ödəniş isə tam edilməlidir.

 

  • Şeş-qoşa kampaniyasında iştirak edən məhsulun qaytarılması (udub-udmamasından asılı olmayaraq) yalnız qüsur olduqda mümkündür .
  • Müştəri əldə etdiyi məhsulu 14 gün ərzində dəyişdirirsə və ya qaytarırsa, ona verilən kuponu satıcıya təhvil verməli, yeni aldığı məhsul üçün yeni kupon əldə etməlidir.
  • Müştəri kampaniyada iştirak etmiş məhsulu dəyişdirirsə, yeni əldə edilən məhsul üçün Şeş-Qoşa kampaniyasında iştirak edə bilməz, yəni zər ata bilməz.

 

Qeyd edək ki, zərlərin hər qəbzə görə yalnız bir dəfə atılmasına icazə verilir. Müştərinin hansı məhsulu və hansı sayda almasından asılı olmayaraq endirim oynanılan və qeydə alınan qəbzə (yekun məbləğə) şamil olunur. Müştərilər kampaniyada iştirak etməzdən əvvəl aldığı məhsul və ya məhsullar üçün ödəniş etməlidirlər və yalnız bundan sonra kampaniyada iştirak edə bilərlər.