Servisin işi və prosedurları.

 

 

  1. Texniki servis mərkəzləriniz xidmət göstərir (açıqdır)?

                                        Ciddiləşmiş karantin rejimi ilə əlaqədar olaraq hazırda texniki Servis Link mərkəzləri yerində fəaliyyətini müvəqqəti olaraq dayandırmışdır.

Televizorlar və böyük məişət texnikası üçün usta sifarişi hazırda qeydə alınır. Bu məhsullar üçün bizə müraciət etdiyiniz halda müraciətiniz qeydə alınacaq və 1-3 iş günü ərzində ünvanınıza usta yaxınlaşacaq.

Telefon, planşet, notbuk və kiçik məişət texnikası üzrə isə müraciətlərə xüsusi karantin rejimi bitdikdən sonra baxılacaq.

Təmiri hazırda mümkün olmayan məhsulların karantin müddətində zəmanəti bitərsə, zəmanətlərin müddəti uzadılacaq.

Məsələn: Müştərinin telefonunda nasazlıq yaranıb, zəmanət müddətinin bitməsinə isə 1 gün qalıb. Bizə müraciət edir, müraciəti qeydə alınır, zəmanət müddəti uzadılır və karantin rejimi bitdikdən sonra müraciətinə baxılaraq telefonu təmir olunur.

 

  1. Usta sifarişi etmək istəyirəm, necə edim? (Böyük məişət texnikası və televizor)

                                             Əldə etdiyiniz böyük məişət texnikası və televizorun təmirə ehtiyacı olarsa, *6060 nömrəsinə zəng edərək və ya Kontakt Home-un rəsmi sosial media hesablarına yazaraq usta sifariş edə bilərsiniz.

Bu zaman təqdim etməli olduğunuz məlumatlar: sənədləşmədə qeyd olunan ad, soyad, ata adı, aktiv əlaqə nömrəniz, məhsulun adı və məhsulun yerləşdiyi ünvan.

Əməkdaşlarımız 3 gün ərzində ünvanınıza gələrək texnikanızda olan nasazlığı aradan qaldıracaqlar.

 

Qeyd. Hazırda karantin rejimi ilə əlaqədar Servis Link mərkəzi müvəqqəti olaraq fəaliyyət göstərmədiyindən nasazlıq mobil telefon, notbuk, kiçik məişət texnikası və bu kimi digər məhsullarda yaranıbsa bu proses icra edilmir.

 

  1.  Hansı ərazilərə usta sifarişi edə bilərəm?

                                               Usta sifarişi yalnız BakıGəncə daxili mümkündür.

Ciddiləşmiş karantin rejimi ilə əlaqədar hazırda Sumqayıt, Xırdalan, Masazır, Qəbələ, Masallı və Gəncə ətrafı ərazilərə hərəkət məhdudlaşdırıldığından usta sifarişi mümkün deyil.

 

  1.       Məhsulumu karantindən öncə servisə vermişdim, nə vaxt qaytarılacaq?

                                                 Təmiri bitən məhsullar haqda hər bir müştəriyə SMS göndərilir.

Bundan əlavə siz (012) 310 10 22 nömrəsinə zəng edib qəbz nömrənizi yazaraq məhsulun təmir vəziyyəti haqda məlumat əldə edə bilərsiniz.

 

  1.       Sizdən alınmayan məhsulu da təmir edirsiz?

                                              Xeyr, bizdən alınmayan məhsul üçün usta sifarişi qəbul etmirik.

Yalnız HOFFMANN məhsuludursa, rəsmi servisi olduğumuza görə məhsul üçün usta sifarişi qeydə ala bilirik.

Bunun üçün *6060 Çağrı Mərkəzimizə zəng edə, 050 828 60 60 WhatsApp nömrəmizə və ya rəsmi sosial media hesablarımızın mesaj bölümünə yaza bilərsiniz.

Bu zaman təqdim etməli olduğunuz məlumatlar: məhsulun seriyası, ünvanı, hansı mağazadan hansı tarixdə kimin adına alındığı və mobil nömrə.

 

  1. Sizdən yeni məhsul almışam 14 gün ərzində necə dəyişə/qaytara bilərəm?

                                                  Bunun üçün *6060 Çağrı Mərkəzimizə zəng edə, 050 828 60 60 WhatsApp nömrəmizə və ya rəsmi sosial media səhifələrimizə mesaj bölümünə yaza bilərsiniz.

Bu zaman təqdim etməli olduğunuz məlumatlar: sənədləşmədə qeyd olunan ad, soyad, ata adı, aktiv əlaqə nömrəniz, məhsulun adı və məhsulun yerləşdiyi ünvan.

 

  1. Məhsulu 14 gün ərzində təhvil almasalar necə olacaq?

                                                   Əməkdaşlarımız 3-5 iş günü ərzində ünvanınıza yaxınlaşaraq cihazı diaqnostika üçün təhvil alacaqlar.

Narahatlığınıza heç bir əsas yoxdur, 14 gün keçdiyi halda sizin bizə ilk müraciət etdiyiniz tarix nəzərə alınacaq və məhsulunuz dəyişdiriləcək/geri qaytarılacaq.

 

  1. Sizdən telefon əldə etmişəm Qızıl Zəmanət şərti ilə dəyişdirə bilərəm?

                                                  Bəli, Qızıl Zəmanət şərtləri ilə telefonunuzu dəyişdirə bilərsiniz. Bizə müraciət etdiyiniz halda telefonunuz diaqnostika olunması üçün ünvanınızdan götürüləcək.

Bunun üçün *6060 Çağrı Mərkəzimizə, (012) 310 1022 Servis Link mərkəzimizə zəng edə bilərsiniz. Həmçinin 050 828 60 60 WhatsApp nömrəmizə və ya rəsmi sosial media hesablarımızın mesaj bölümünə yaza bilərsiniz

 

  1.  Karantin müddətində Rəsmi zəmanətin vaxtı bitsə necə olacaq? (və ya Qızıl zəmanət)

                                                  Təmiri hazırda mümkün olmayan məhsulların ( Telefon, planşet, notbuk və kiçik məişət texnikası ) karantin müddətində zəmanəti bitərsə, zəmanətlərin müddəti uzadılacaq.

Televizorlar və böyük məişət texnikası üçün isə hazırda usta sifarişi qeydə alınır. Bu məhsullar üçün bizə müraciət etdiyiniz halda müraciətiniz qeydə alınacaq və 1-3 iş günü ərzində ünvanınıza usta yaxınlaşacaq.

Bunun üçün *6060 Çağrı Mərkəzimizə, (012) 310 1022 Servis Link mərkəzimizə zəng edə bilərsiniz. Həmçinin 050 828 60 60 WhatsApp nömrəmizə və ya rəsmi sosial media hesablarımızın mesaj bölümünə yaza bilərsiniz.

 

  1. 14 gün təmir müddətində təmir olunmayan məhsulum dəyişdirilir?

                                                       Karantinlə rejimi ilə əlaqədar təmir üçün gərəkli olan ehtiyyat hissələrinin ölkəyə idxalı dayandırılmışdır.

Bu səbəbdən təəssüf ki, 14 gün ərzində təmiri başa çatmayan məhsul yenisi ilə dəyişdirilmir.

Təmir müddəti ehtiyat hissə sifarişi səbəbindən uzanıbsa, sizdən karantin müddətinin bitməsini gözləməyinizi xahiş edirik.

 

  1. Məhsul üçün ehtiyyat hissə əldə etmək istəyirəm.

                                       – Özünüz tərəfdən quraşdırıla bilən ehtiyyat hissəsinin (ətçəkən bıçağı, tozsoran filtr və s.) mövcud olub olmadığını yoxlayaraq sizə məlumat təqdim edə bilərik.

Bunun üçün *6060 Çağrı Mərkəzimizə zəng edə, 050 828 60 60 WhatsApp nömrəmizə və ya rəsmi sosial media hesablarımızın mesaj bölümünə yaza bilərsiniz.

– Yalnız usta tərəfindən quraşdırıla bilən ehtiyyat hissələrinin satışı hazırda mümkün deyil.