Samsung şirkəti istifadəçilərini smartfonlarının unikallığı və funksionallığı ilə təəccübləndirməyi sevir. Galaxy Z Flip3 8/256GB (SM-F711) Violet modeli də bunun sübutudur. Smartfonun imkanları ilə daha ətraflı tanış olaq. Smartfonun korpusu möhkəm alüminiumdan hazırlanıb. Zərif bənövşəyi rəngi və qatlana bilən ekran diqqəti cəlb edir. Xarici displey yeni Gorilla Glass Victus ilə qorunur, daxili displey isə xüsusi qoruyucu örtüyə sahib ultranazik şüşədən hazırlanıb. Smartfonun korpusu IPX8 qorunma dərəcəsinə sahibdir. Beləliklə smartfon su sıçramalarından, qəfildən başlayan yağışdan, təsadüfən tökülən çay və ya qəhvədən qorxmur. 6.7" düymlü Foldable Dynamic AMOLED 2X displey Full HD+ görüntü nümayiş edir. Cihaz qapalı vəziyyətdəykən belə bir çox imkanlara sahibdir. Xarici ekranda uzun mesajları, hava proqnozunu izləmək, musiqini dəyişmək olar. 120 Hz tezlik ekranı daha sürətli və parlaq edib. İstənilən videoları, hətta film və verilişləri rahat izləyə bilərsiniz. Çünkü görüntünün keyfiyyəti artırılıb. Güclü dinamiklər Dolby Atmos keyfiyyətini sizə təqdim edir. Beləliklə, kontentə tam dalma effekti əldə edilir. Galaxy Z Flip 3 ilə peşəkar keyfiyyətli şəkillər yaradacaqsınız. Xüsusi şarnir mexanizmi sayəsində Flex rejimindən istifadə edin. Artıq təkrarolunmaz fotolar yaratmaq üçün sizə Samsung Galaxy Z Flip3 smartfonundan əlavə heçnə lazım deyil. 10 meqapikselli ön kamera, 12 meqapikselli ultra geniş və geniş bucaqlı kameralar sayəsində peşakar kadrlar əldə edilir. Üstəlik selfiləri artıq əsas kameraya çəkmək olar! Əsas kameranın görüntüsü xarici displeydə təsvir edilir. 3300 mAh tutumlu batareya iş tapşırıqlarınızın yerinə yetirilməsi, kontentin izlənməsi və yüksək qrafikaya sahib oyunların oynaması üçün inanılmaz imkanlar yaradır. Smartfon sürətli enerji yığmanı dəstəkləyir. 15 Vt adapter vasitəsilə cihazın enerjisini qısa zamanda bərpa etmək olar. Cihaz Qualcomm SM8350 Snapdragon 888 5G (5nm) müasir prosessor üzərində işləyir. Əməliyyat sistemi Android 11-dir. Güclü prosessor və 8 GB operativ yaddaş inanılmaz məhsuldarlıq təqdim edir. 256 GB daxili yaddaş sayəsində ən vacib məlumat daim əlinizdədir. Üstəlik şəkil, video, mobil tətbiqlər, musiqi və oyunların yüklənilməsi üçün kifayət qədər yeriniz var. Smartfonu nağd və ya kreditlə əldə etmək üçün Kontakt Home mağazalarında sizi gözləyirik.