Samsung S21FE 128GB 32 meqapikselli ön kamerası ilə keyfiyyətli şəkillər yaradır. Android 12 əməliyyat sisteminin üzərində işləyən smartfon böyük AMOLED 2X ekrana sahibdir.
Samsung S21 FE qiymeti və funksionallığı ilə sevilir. Qualcomm prosessoru ilə sərhədsiz imkanlara sahib olacaqsınız. Müasir kamera bloku və arxa panelin pastel bənövşəyi rəngi sayəsində ətrafınızdakı insanların diqqəti smartfonunuzda cəmlənəcək.
Görünüş və Displey
S21FE modelinin gövdəsi mat plastikdən hazırlanıb. Arxa panelin möhkəm materialı sayəsində cihaz zərbələrə davamlıdır və üzərində barmaq izləri qalmır. Smartfonun ön tərəfində böyük AMOLED 2X displey yerləşir. Cızıq və çatların əmələ gəlməsinin qarşısını almaq üçün displey Corning Gorilla Glass Victus ilə örtülüb. Ekran həlli 1080 x 2400, maksimal tezlik isə 120 Hz-dır. Nəticədə, baxış zamanı parlaq və detallı görüntü ilə təmin ediləcəksiniz.
Hər iki paneli bir-birinə metal çərçivə birləşdirir. Çərçivənin alt hissəsində stereo səsə malik dinamik, mikrofon, USB Type-C, və 2 nanoSIM üçün girişlər yerləşir. IP68 qorunma dərəcəsinə sahib korpus suya davamlıdır. Samsung Galaxy S21FE smartfonunun üzərinə təsadüfən su və ya çay tökülsə cihaz işləməyə davam edəcək. Smartfonda saxlanılan məlumatın təhlükəsizliyindən əmin ola bilməyiniz üçün cihazın ekranına barmaq izi skaneri yerləşdirilib. Bundan başqa smartfonu üz tanıma funksiyası ilə blokdan çıxara bilərsiniz.
Prosessor və Batareya
Galaxy S21FE sürəti və keyfiyyətli qrafikası ilə seçilir. Cihaza sevdiyiniz oyunu yükləyib döyüşlərə qatılaraq yeni dünyaları fəth edəcəksiniz. Oyun müddətindən asılı olmayaraq görüntü detallığını qoruyur, smartfonun gövdəsi isə isinmir. Butun bunlar yeni Qualcomm SM8350 prosessor sayəsində mümkün olub. Əlavə olaraq prosessor kamera blokunun və üz tanıma funksiyasının işini təkmilləşdirdib.
Yüksək məhsuldarlıq tükənməyən enerji tələb edir. Bunun üçün A23 modelində 4500 mAh həcmli batareya quraşdırılıb. Gün ərzində smartfondan aktiv istifadə etsəniz belə axşam evinizə qayıdanda batareyanın enerjisi 10%-15% arası olacaq. 25 Vt adapter vasitəsilə 30 dəqiqə ərzində tam olaraq tükənmiş enerjini 50% qədər bərpa edib istifadəyə davam edə bilərisniz.
Kameralar
Samsung S21 FE kameraları ilə imkanlarınız sərhədsizdir. 32 meqapikselli ön kamera ilə peşəkar keyfiyyətli selfilər və videolar yaradacaqsınız. Stabilizasiya sayəsində istənilən vəziyyətdə görüntü stabil alınacaq. Kameraya "Dual recording" rejimi əlavə edilib. Onun köməkliyi ilə çəkiliş zamanı əsas və ön kameralar arasında keçid edə və ya hər iki kameranın görüntüsünü birləşdirərək eyni zamanda video çəkə bilərsiniz. "Gecə" rejiminin işi prosessor tərəfindən idarə edilir və smartfon hətta zəif işıq şəraitində aydın kadrlar yarada bilir.
Arxa paneldə yerləşən kamera blokuna 12 meqapikselli əsas və geniş bucaqlı kameralar, 8 meqapikselli telefoto kamera daxil edilib. Fonun bulanıqlığını "Portret" rejimi ilə idarə edəcəksiniz. Detallı fotolar üçün telefoto kamera 3X optik zoom-la təchiz edilib. Geniş bucaqlı kamera fonu maksimal əhatə edib bütün vacib obyektləri kadra yerləşdirir.