Samsung Galaxy A53 ilə parlaq şəkillər yaradacaqsınız. Exynos 1280 prosessor tapşırıqları sürətli yerinə yetirir. 256 GB daxili yaddaş sayəsində smartfonda maksimum məlumat saxlayın.
Samsung Galaxy A53 FHD+ keyfiyyətində Super AMOLED ekran, 64 meqapikselli kamera, 2 gün ərzində tükənməyən enerji və suya davamlı korpus deməkdir. Yeni smartfonla imkanlarınız sərhədsizdir.
Görünüş və Displey
Lakonik dizaynı və klassik qara rəngi sayəsində yeni Galaxy A53 sadəliyə və məhsuldarlığa üstünlük verənlərin seçimidir. Ambient Edge kamera bloku ilə cihaz digər smartfonlardan seçilir. Plastik korpus smartfonu zərbələrdən etibarlı şəkildə qoruyur. Optimal ölçüləri sayəsində onu bir əllə rahat idarə etmək olar. IP67 müdafiə dərəcəsinə malik korpus sudan və tozdan qorxmur. Smartfona 2 ədəd nanoSIM və ya 1 nanoSIM + 1 microSD yaddaş kartı yerləşdirmək olar. 2 nömrə sahibləri üçün bu çox əlverişli həlldir. Gövdənin üst və alt hissələrində dinamiklər və mikrofon mövcuddur. Küləkli havada yol gedərkən belə daxil olan zənglərə cavab verə biləcəksiniz – həmsöhbətiniz sizi aydın eşidəcək. Smartfon Dolby Atmos texnologiyasını dəstəkləyir. Artıq sevdiyiniz filmləri mükəmməl səs müşahidə edəcək.
Super AMOLED displey rənglərin parlaqlığı ilə heyran edir. 120 Hz ekran tezliyi dinamik səhnələri daha detallı edir. Hətta qaranlıq hissələrdə olan obyektləri aydın görə biləcəksiniz. Parlaqlıq 800 nitə qədər artırılıb. Günəş işığı altında kontent rahat oxunur. Ekran cızıqlardan Corning Gorilla Glass 5 ilə qorunur.
Məhsuldarlıq və Kamera bloku
Exynos 1280 prosessor daha yüksək sürəti ilə seçilir. Nəticədə, istənilən tapşırığınızın yerinə yetirilməsinə minimal vaxt tələb olunacaq. Operativ yaddaş 8 GB, əməliyyat sistemi isə Android 12-dir. 256 GB daxili yaddaş sayəsində dəyərli xatirələr, vacib məlumatlar, tez-tez istifadə edilən tətbiqlər hər zaman yanınızdadır.
Daha çox oyun, musiqi və ünsiyyətə hazır olun! 5000 mAh həcmli batareyanın enerjisi günün sonunadək sizinlə olacaq. Adi istifadə zamanı batareyanın tutumu 2 günədək kifayət edir. 25 Vt adapter vasitəsilə smartfonu sürətli şarj edib istifadəyə davam edin.
Multiobyektiv kamera bloku sayəsinzə hər istifadədə dəqiq şəkillər və sabit görüntülü videolar əldə edilir. 64 meqapikselli əsas kamera optik stabilləşməyə sahibdir. Hərəkətdə olsanız belə çəkilişə davam edə bilərsiniz. Ultra geniş bucaqlı kamera 12 meqapiksellidir və arxanızda olan fonu kadra maksimal olaraq yerləşdirir. 5 meqapikselli dərinlik sensoru ilə fokus yalnız sizə lazım olan yerdə olacaq. Arxa fonu bulanıq edən bu kamera əsl fotoəsərlər yaradır. 5 meqapikselli makro kamera şəkildə daha çox detallar əks etdirir. Ön kamera 32 meqapiksellidir və sizi mükəmməl selfilərlə təmin edəcək. Əlavə olaraq bu modul mütəmadi olaraq yenilənən Snapchat filterlərini dəstəkləyir. Bunun üçün "Fun" rejiminə keçid edin.