Samsung Galaxy A53 ağ rəngdə təqdim edilib. 6.5” düymlü Super AMOLED displey parlaq rəngləri və 120 Hz ekran tezliyi ilə seçilir. Şəkillərin yaradılması üçün 64 mpx əsas kamera mövcuddur.
Samsung brendinin yeni smartfonunu qarşılayın. Galaxy A53 sadə görünüşü və yüksək məhsuldarlığı ilə seçilir. Cihaz keyfiyyətli kamera sisteminə və böyük həcmli batareyaya sahibdir.
Görünüş və Displey
Samsung Galaxy A53 plastik korpusa malikdir və ağ rəngdə mövcuddur. IP67 qorunma dərəcəsi cihazın gövdəsini suya və toza qarşı davamlı edib. USB Type-C, 2 nanoSIM və ya 1 nanoSIM + 1 microSD kart üçün girişlər, dinamik və mikrofon gövdənin alt hissəsində yerləşdirilib. Üst hissədə danışıq üçün ikinci dinamik və mikrofon mövcuddur. Beləliklə, smartfon güclü səsə malikdir. Dolby Atmos texnologiyası sayəsində film və videoları izləyəndə qulaqlıqlardan istifadə etməyə ehtiyac qalmayacaq.
Displey 6.5" düymlüdür. Parlaq rəngləri ilə digər displeylərdən fərqlənən Super AMOLED və 120 Hz ekran tezliyi görüntünün keyfiyyətli ötürülməsini təmin edir. Qaranlıq səhnələrdə belə yüksək detallıq müşahidə olunur. Ekran Always On Display funksiyasını dəstəkləyir. Tez-tez istifadə etdiyiniz tətbiqlər, bildirişlər, saat və enerji miqdarı daim gözünüzün qabağında olacaq.
Məhsuldarlıq və Kamera bloku
Samsung brendinin təqdim etdiyi məlumata əsasən cihaz daha sürətli və məhsuldar olan Exynos 1280 prosessorla təchiz edilib. 6 GB operativ yaddaş smartfonun çevikliyini artırmağa kömək edir. Bütün tapşırıqlarınız sürətli şəkildə yerinə yetiriləcək. Məlumatın saxlanılması üçün 128 GB daxili yaddaş ayrılıb. Lakin, microSD vasitəsilə yaddaşı 1 TB qədər artıra bilərsiniz. Gün ərzində daha çox iş yerinə yetirmək istəyirsinizsə Galaxy A53 sizin üçündür. 5000 mAh tutumlu batareya sayəsində smartfonun avtonomluğu artırılıb. Smartfonu zəng etmək, mesaj göndərmək, video izləmək, xəbərləri oxumaq və sosial şəbəkələrinizi yoxlamaq üçün istifadə edirsinizsə batareyanın enerjisi sizə 2 günə qədər kifayət edəcək. Telefon sürətli enerji yığmanı dəstəkləyir. 25 Vt adapter vasitəsilə batareyanın enerjisini tam olaraq bərpa etmək üçün sizə 1 saat vaxt lazım olacaq.
Samsung Galaxy A53 modelinin dördlü kamera sistemi ilə bənzərsiz şəkillər yaratmağa hazır olun. Arxa paneldə yerləşən bloka daxildir:
- Əsas kamera (64 mpx)
- Geniş bucaqlı kamera (12 mpx)
- Dərinlik sensoru (5 mpx)
- Makro modul (5 mpx)
Optik stabilləşmə sistemi sayəsində vəziyyətdən və işıqlandırmadan asılı olmayaraq əsas kamera keyfiyyətli şəkil və videolar yarada bilir. Ultra geniş bucaqlı kamera ətrafınızı maksimal əhatə edib sizi mükəmmək panorama şəkilləri ilə təmin edəcək. Peşəkarcasına emal edilmiş şəkillər üçün dərinlik sensoru mövcuddur. Arxa fonu bulanıq edərək çəkiliş subyektini ön plana çıxarın. Daha iri planlar üçün makro kameradan istifadə edin. 32 meqapikselli ön kamera ilə daha çox selfi yaradacaqsınız. Aydınlığı və parlaqlığı ilə seçilən şəkillərinizlə hər kəsi heyran edəcəksiniz.