Top.Mail.Ru
*6060

Məhsul hazırda anbarda mövcud deyil

Məhsul kodu: TM-DG-SBP-1105-SM-0825

Samsung Galaxy A52 DS (SM-A525) 128 GB Violet

Rəng:

Smartfonunuzu yeniləməyin vaxtı gəldi? Keyfiyyətli və məhsuldar telefon əldə etmək istəyirsinizsə, Samsung Galaxy modellərinə nəzər yetirməyi məsləhət edirik. Galaxy A52 günün istənilən vaxtı rahat və asan itifadəni təmin edən 6.5 düymlü,  FHD+ ekran həlli displeyə sahibdir. Ölçüləri və lakonik dizaynı sayəsində smartfon rahat bir əllə idarə edilir. Telefon təkrarolunmaz lavanda rəngində təqdim edilib. Korpus su və toz keçirmir. Suda 1 metr dərinlikdə 30 dəqiqəyə qədər qala bilir. Beləliklə, təsadüfən tökülən çay, qəhvə və ya su onun üçün qorxulu deyil.

Smartfonun kamera sistemi aydın və rəngarəng kardlar, makrofoto və panorama şəkilləri çəkməyə imkan yaradır. Əlavə olaraq smartfon Super Stabilizasiya rejimi sayəsində dinamik kadrları tarazlaşdırıb peşəkar keyfiyyətli video yarada bilir. Yuxarı və aşağı dinamiklər sayəsində smartfon stereo səs effektinə sahibdir. Qulaqlıq istifadə etmədən belə dinamiklərdən səs daha aydın yayılır.

4500 mAh tutumlu batareya gün ərzində video izləmək, oyun oynamaq, foto və fayllar paylaşmaq üçün imkan yaradır. Smartfon dinamik həyat tərzinə asanlıqla uyğunlaşır. Sürətli prosessor, 4 GB operativ yaddaş smartfonda olan tətbiqlərin effektiv işləməsini təmin edir. Smartfonun sadə interfeysi tapşırıqların yerinə yetirilməsində diqqəti cəmləməyə kömək edir və onun istifadəsini asanlaşdırır. Barmaq izi skaneri cihazı tez və təhlükəsiz blokdan çıxarır.

Samsung smartfonlarını Bakıdan və bölgələrdən sərfəli qiymətlərlə Kontakt Home mağazalarından əldə edə bilərsiniz. Mütəxəssislərimiz hər zaman olduğu kimi düzgün seçim etməyinizə kömək edəcəklər.