Samsung Galaxy A33 qiymeti ilə sevindirir. Smartfon Exynos 1280 prosessoru ilə təchiz edilib. 48 meqapikselli əsas kamera Gecə rejimində belə keyfiyyətli şəkillər yaradır.
Samsung Galaxy A33 plastik qara korpusa malikdir. Smartfon suya və toza davamlıdır. 90 Hz ekran tezliyinə malik Super AMOLED displey yüksək baxış keyfiyyəti nümayiş edir.
Görünüş və Displey
Öncəki Galaxy modelindən dizaynı ilə seçilən A33 möhkəm və IP67 qorunma dərəcəsi olan gövdə ilə təchiz edilib. Kamera bloku qeyri-adi görünüşü ilə diqqəti cəlb edir. Yan tərəfdə səs və güc düymələri, üst hissədə mikrofon, 2 nanoSIM və 1 microSD kart üçün slot mövcuddur. Altda əsas mikrofon, stereo dinamik və USB Type-C üçün giriş yerləşdirilib.
Galaxy A33 6.4" düymlü Super AMOLED displeyə malikdir. 90 Hz ekran tezliyi görüntünün detallı və sabit ötürülməsini təmin edir. Ekranı sürətli sürüşdürəndə fərqi hiss edəcəksiniz. Ekranın üst hissəsində danışıq dinamiki və 13 meqapikselli ön kamera yerləşir. Barmaq izi oxuyucusu displeyin daxilində quraşdırılıb. Skanerin işləməsi sürətli və dəqiqdir. Ekranın maksimal parlaqlığı 800 nitdir. Açıq hava şəraitində kontent rahat oxunur, videoları belə izləmək mümkündür.
Prosessor və Batareya
Galaxy A33 5G modeli Exynos 1280 prosessora sahibdir. Prosessor sürəti və məhsuldarlığı ilə seçilir. Nəticədə, smartfon həm gündəlik istifadə, həm detallı və parlaq qrafikaya malik oyunları oynadığınız zaman mükəmməl nəticə təqdim edir. İstifadə zamanı ekran donmur, sensor toxunuşlara çevik cavab verir. Operativ yaddaş 6 GB-dır. Bu da tətbiqlərin tez işə salınmasına kömək edir. Şəxsi informasiyanın saxlanılması üçün 128 GB yaddaş təqdim edilib.
Batareya 5000 mAh tutumundadır. Prosessorun effektivliyi sayəsində smartfonun enerjisi 2 gün istifadə üçün kifayət edir. Şəkil və videolar çəksəniz, yaxınlarınızla video zəng vasitəsilə söhbət etsəniz belə günün sonunda batareyanın enerjisi 40%-dan çox olacaq. 25 Vt adapter vasitəsilə sərf edilən enerjini sürətli bərpa edəcəksiniz. Galaxy A33-ü 0%-dan 100% qədər bərpa etmək üçün 1 saat lazım olacaq.
Kamera Bloku
Arxa paneldə yerləşdirilən dördlü kameralarla təkrarolunmaz kadrlar üçün hər zaman hazır olacaqsınız. 48 meqapikselli əsas kamera optik stabilizasiya ilə təchiz edilib və 4K keyfiyyətində videolar çəkə bilir. Gündüzləri parlaq və canlı fotolar, gecə zamanı isə aydın və yüksək detallı kadrlar əldə edəcəksiniz. Əlavə olaraq arxa bloka 8 meqapikselli geniş bucaqlı, 5 meqapikselli makro kameralar və 2 meqapikselli dərinlik sensoru daxildir. Ön kamera FullHD rejimində stabilizasiya ilə videolar yaradır.